Biz imzaları yox, əsərləri dərc edirik...

Yüksək eşqin böyük heykəli – Rəsul Rza
2173
09 Aprel 2021, 11:13
 Artkaspi.az saytı Rəsul Rzanın "Yüksək eş­qin böyük hey­kə­li” adlı yazısını təqdim edir:
 
  Ən böyük sə­nət əsə­ri­nin mövzu­su in­san və in­san ta­le­yi­dir. Be­lə əsər­lə­ri oxu­yur və din­lə­yər­kən qəl­bi­miz­də nə­cib his­slər oya­nır. Qürur­la tək­rar edi­rik: mən də in­sa­nam! Bu əsər­lər­də­ki qəh­rə­man­la­rın göstər­di­yi rə­şa­dət, ali­cə­nab­lıq, on­la­rın zə­ka və qüdrə­ti gözəl in­san si­fət­lə­ri­dir.
 Hə­qi­qi in­san dünya­nın qa­ra qüvvə­lə­ri ilə müba­ri­zə edib, bə­şər lə­ya­qə­ti­nin tən­tə­nə­si, gözəl və nə­cib duy­ğu­la­rın çi­çək­lən­mə­si üçün qur­ban ve­rir. Böyük sə­nət əsə­ri­nin in­san qəl­bi­nə aşı­la­dı­ğı duy­ğu­lar yaz günə­şi­nin işıq şüa­la­rı­na bən­zə­yir. Bun­lar in­san qəl­bi­ni isi­dir, in­sa­na se­vinc gə­ti­rir, on­da ya­şa­maq, ya­rat­maq hə­və­si­ni alov­lan­dı­rır. Hə­qi­qi sə­nət əsə­ri qəlb­lə­ri ram edir, in­san sə­ciy­yə­si­nin tə­şəkkülün­də böyük rol oy­na­yır, in­san­la­rı və hə­yat hə­qi­qə­ti­ni tə­miz və ay­dın bir ay­na­da göstə­rir.
 
 

 Ni­za­mi ya­ra­dı­cı­lı­ğı hə­qi­qi, böyük sə­nə­tin gözəl bir nümu­nə­si­dir. Onun qüdrət­li qə­lə­mi ilə ya­ran­mış in­san sə­ciy­yə­lə­ri əsr­lə­rin bo­ran­lı və tu­fan­lı yol­la­rın­dan ke­çə­rək, bu günə qə­dər gəl­miş, bu uzun və mə­şəq­qət­li yol­lar­da tə­ra­və­ti­ni, rən­gi­ni, hə­ra­rə­ti­ni hifz et­miş­dir. Və­tə­ni­mi­zin qo­ca­man sə­nət­ka­rı tə­rə­fin­dən ya­ra­dıl­mış ob­raz­lar içə­ri­sin­də yüksək eş­qin böyük hey­kə­li olan Şi­rin xüsu­si yer tu­tur.
 Şi­rin Azər­bay­can tor­pa­ğı­nın doğ­ma ba­la­sı­dır. Onun bi­bi­si Mə­hin Ba­nu Dər­bənd də­ni­zi­nin kə­na­rın­da gözəl bir ölkə­də ya­şa­yır. Böyük mal və dövlə­tə sa­hib olan bu hökmdar qa­dı­nın ən qiy­mət­li gövhə­ri qar­da­şı qı­zı Şi­rin­dir. Mə­hin Ba­nu onu hər fə­sil­də öz ölkə­si­nin bir dil­gu­şə­si­nə apa­rır. Ab­xa­zi­ya, Ər­mən yur­du, Bər­də­ət­ra­fı, Mu­ğan on­la­rın sey­rən­ga­hı, ov­laq­la­rı, cı­dır və is­ti­ra­hət yer­lə­ri­dir.
 Xos­ro­va Şi­rin haq­qın­da ilk xə­bə­ri ve­rən Şa­pur be­lə de­yir:
 
Dər­bənd də­ni­zi­nin bir sah­ma­nın­da,
Bir gözəl ölkə var dağ­lar ya­nın­da,
Şah­za­də qa­dın­dır or­da hökmran,
Qay­na­şır qo­şu­nu İs­fa­ha­na­tan.
Aran­dan baş­la­mış Ər­mə­nə qə­dər,
Onun fər­ma­nı­na bo­yun əyir­lər.
Hər za­man gə­lin­cə ye­ni bir fə­sil,
O qu­rur özünə bir tə­zə mən­zil.
Gül fəs­li gə­lin­cə ya­ta­ğı Mu­ğan,
Yay za­ma­nı ye­ri göy Ər­mə­nis­tan.
Yay köçüb, gə­lin­cə bir gün son ba­har,
Ab­xa­zi­ya elin­də ge­dib ov ov­lar.
 
 Ni­za­mi qə­lə­mi­nin na­dir qüdrə­ti ilə Şi­ri­nin yal­nız xa­ri­ci gözəl­li­yini de­yil, onun da­xi­li gözəl­li­yi­ni, bu azər­bay­can­lı qı­zı­nın qəl­bin­də, ru­hun­da­kı tükən­məz zən­gin­lik­lə­ri təs­vir edir:
 
Bir pə­ri ki­mi, qız pə­ri de­yil, ay,
Qəh­rə­man bir qız­dır, baş­da kə­la­ğay.
Di­ri­lik su­yu tək gözlə­ri qa­ra,
Ge­cə­ni qərq edir, aytək nur­la­ra.
Seh­riy­lə ya­xıl­sın de­yə hər ürək,
Ağ­zın­da yüz dil var şi­rin-şə­kərtək,
Do­daq­la­rı duz­lu, sözü də­rin­dir,
Duz heç şi­rin ol­maz, bu çox şi­rin­dir.
Gümüş bir qı­lınc­dır bur­nu, sa­na­san,
Bölmüşdür al­ma­nı tən or­ta­sın­dan.
Su­lan­mış əqiqtək do­daq­la­rı var,
Eşil­miş kə­mənd­dir cüt, qa­ra saç­lar.
 
 Şi­rin füsun­kar Azər­bay­can tə­biə­ti­nin qoy­nun­da böyümüş bir qız­dır. Onun is­mə­ti gözəl­li­yi­nin ke­şi­yin­də dur­muş­dur.
 
 Şi­rin qay­ğı­sız, bi­pər­van ya­şa­yır­kən bir­dən-bi­rə Şa­pu­run məkr­li to­ru­na düşür, min könüldən Xos­ro­va aşiq olur. Bu böyük və müqəd­dəs eş­qin müqa­bi­lin­də Xos­ro­vun poz­ğun əx­la­qı, onun hə­ris, şəh­va­ni duy­ğu­la­rı Şi­ri­nə nə qə­dər ya­ra­lar vur­sa da, qız mə­ta­nət­lə seç­di­yi mə­həb­bət yo­lu­nu daş­lı-ti­kan­lı cı­ğır­la­rı ilə açıq alın, dik baş­lı ge­dir. Onun şi­ka­yət­lə­ri, əzab və iz­ti­rab­la­rı, göz yaş­la­rı eş­qi­nin alo­vu­nu ar­tı­rır, qəl­bi­nin əz­mi­ni da­ha da bər­ki­dir.
 Şi­rin lə­kə­siz eş­qi­nə qar­şı Xos­rov­dan an­caq bi­və­fa­lıq və hər­ca­yi­lik görür. Mə­həb­bət və sə­da­qət­dən çox, ani zövq və iş­rət­lə­rə alu­də olan Xos­rov Şi­ri­ni dönə-dönə qan­lı göz ya­şı tökmə­yə məc­bur edir. La­kin Şi­rin bir an be­lə Xos­ro­vun mə­həb­bə­ti­ni qəl­bin­dən çı­xa­ra bil­mir. Bu eş­qin yo­lun­da möhnət səh­ra­la­rı­nı ad­dım­la­yır, iz­ti­rab qam­çı­la­rı­na si­nə gə­rir, la­kin ye­nə də öz is­mə­ti­ni, öz tə­miz adı­nı qo­ru­yur və an­caq Xos­rov onu el adə­ti, xalq qay­da­sı ilə toy edib özünə ar­vad elə­di­yi za­man Şi­rin eş­qi­nin qəh­rə­ma­nı­na təs­lim olur. Xos­ro­vun mə­həb­bə­ti ilə bu qə­dər əzab və iş­gən­cə­lə­rə dözən Şi­rin gözəl və nə­cib duy­ğu­lar­la Fər­ha­da bağ­la­nır. La­kin o, Fər­ha­dı se­və bil­mir. Fər­ha­dın bütün nə­cib si­fət­lə­ri­ni, qəh­rə­man­lı­ğı­nı, onun sə­da­qət və və­fa­sı­nı görən Şi­rin diz çöküb Al­la­ha yal­va­rır ki, bəl­kə, Fər­ha­dın mə­həb­bə­ti­ni Al­lah onun qəl­bi­nə sal­sın, bəl­kə, Şi­rin bu ali­cə­nab in­sa­nı hə­qi­qi bir mə­həb­bət­lə se­və bil­sin. La­kin mə­həb­bə­tin qüdrə­ti aman­sız düyünlər­lə onun var­lı­ğı­nı elə bağ­la­mış­dır ki, o, Xos­rov­dan baş­qa kim­sə­yə könül ve­rə bil­mir.
 Ni­za­mi Şi­rin ob­ra­zı­nı ağır sı­naq­lar­dan ke­çi­rə­rək, böyük in­san duy­ğu­su­nun tən­tə­nə­si ki­mi so­na çat­dı­rır. Xos­rov yal­nız Şi­ri­nə qo­vuş­duq­dan son­ra onun tə­si­ri al­tın­da öz taxt-ta­cın­dan əl çə­kib gözəl əməl­lər ar­dın­ca düşmə­yə qə­rar ve­rir. Bütün əsər bo­yu Ni­za­mi Xos­ro­vun ani şəh­vət alov­la­rı­na, ke­çə­ri duy­ğu­la­rı­na, hər­ca­yi sə­ciy­yə­si­nə qar­şı Şi­ri­nin mə­ta­nət və səa­də­ti­ni, və­fa və ira­də­si­ni qo­yur. Var­lı­ğın­da böyük, saf bir eş­qi tə­cəssüm et­di­rən Şi­ri­nin Xos­ro­va nə cür tə­sir bu­rax­dı­ğı­nı göstə­rir. Xos­rov­la Şi­ri­nin bir görüşü za­ma­nı qəsr­də otu­rub ürək çır­pın­tı­sı ilə Xos­ro­vun yo­lu­nu gözlə­yən Şi­rin, şa­hın onun ya­nı­na sər­xoş gəl­di­yi­ni görüncə qa­la­nın qa­pı­la­rı­nı bağ­la­yıb, şa­hı içə­ri bu­rax­mır. Çünki o öz eş­qi, öz duy­ğu­la­rı haq­da sər­xoş şah­la de­yil, onu hə­qi­qə­tən təq­dir edən huş­yar bir adam­la da­nış­maq is­tə­yir­di. Da­ha son­ra ça­dı­rda müğən­ni­lər va­si­tə­si ilə Xos­rov­la söz müca­di­lə­si­nə gi­rər­kən Şi­rin ona ali­cə­nab­lıq­la: "Sə­nin ki­mi asi­man mə­nim xa­ra­ba­ma yer­lə­şə bil­məz­di”, – de­yə onu utan­dır­maq is­tə­yir.
Şi­ri­nin Xos­rov üzə­rin­də­ki tə­si­ri­ni Ni­za­mi əsə­ri­nin so­nun­­dakı gözəl bir his­sə­də ver­miş­dir:
 
Şi­rin ye­ri öpüb de­di: "Ey mə­lik,
Bu iş­rət­dən əl çək, gör nə­dir bi­lik.
Sən çox kam al­mı­san qo­ca dünya­dan,
Sər­bəst ya­şa­mı­san bir xey­li za­man.
Şah­la­rın əlin­dən çox ay­na, inan,
Qa­ra­lıb get­miş­dir məz­lum ahın­dan.
Da­ra­nı, Cəm­şi­di ya­dı­na sal­san,
Görər­sən nə et­miş bu qo­ca dövran.
Va­rı­nı ver­mə­sən pis çı­xar adın,
Ver­di­yin hər par­ça olar im­da­dın”.
 
 Şi­ri­nin bu öyüdlə­ri bi­ca de­yil­dir. O özü Məhin Ba­nu­nun ölümündən son­ra taxt-səl­tə­nə­ti əli­nə alır­kən bütün ölkə­də əda­lət bay­ra­ğı­nı qal­dır­mış­dır. Bir az müddət şah­lıq et­dik­dən son­ra öz taxt-ta­cı­nı qul­la­rın­dan bi­ri­nə ba­ğış­la­ya­raq, səl­tə­nə­ti tərk et­miş­dir.
 Ni­za­mi bu gözəl in­sa­nın şah­lı­ğı­nı be­lə təs­vir et­miş­dir:
 
Şi­ri­nin əli­nə ye­tin­cə şah­lıq,
Hər ya­na ya­yıl­dı ölkə­dən işıq.
Əda­lət­lə qıl­dı rə­iy­yə­ti şad,
Məh­bus­la­rı et­di həbs­dən azad,
Zülmdən qur­tar­dı bütün məz­lum­lar,
Haq­sız­lıq­dan əs­la qal­ma­dı əsər...
Ver­gi­dən qur­tar­dı şə­hər, kən­dis­tan,
Ona dua xoş­dur dünya ma­lın­dan.
Bol­luq ol­du, hər şey məh­sul gə­tir­di,
Bir buğ­da də­nə­si yüz dən bi­tir­di.
 
 Ni­za­mi Şi­ri­nin be­lə təs­vi­ri­ni ve­rir­kən onun si­ma­sın­da öz is­tək və ar­zu­la­rı­nı tə­rənnüm et­miş­dir. O, Şi­ri­nin, Fər­ha­dın su­rə­ti­ni ya­ra­dıb on­la­rın nə­cib xa­siy­yə­ti­ni də­rin bir mə­həb­bət­lə təs­vir edir­kən, öz könül ar­zu­la­rı­nı, xə­yal lövhə­lə­ri­ni ya­rat­mış­dır. Ni­za­mi dünya­nı azad, əda­lət­li qa­nun­lar­la ida­rə olu­nan, əmək və hünə­rin tən­tə­nə­si ilə bə­zən­miş bir aləm ki­mi kömək is­tə­yir­di. Tə­sadü­fi de­yil­dir ki, Şi­ri­nin əda­lət­li hökmdar­lı­ğın­dan da­nı­şar­kən şa­ir əla­və edir:
Pad­şa­hın niy­yə­ti xoş ol­sa əgər,
Od­dan kül ye­ri­nə gövhər­lər bi­tər.
Pis nəf­sin ağa­cı qu­ru bu­daq­dır,
Bol­luq əda­lət­dən ya­ra­na­caq­dır.
Ölkə­də qıt­lıq yox, bol­luq olar­kən
O şa­hın əlin­dən ve­rə­cək ni­şan.
Pis niy­yət­li, za­lım olar­sa bir şah,
Onu nə­zə­rin­dən sa­la­caq Al­lah.
 
 Şi­ri­nin Fər­ha­da olan duy­ğu­la­rı ay­rı­ca bir mə­qa­lə­nin mövzu­su­dur. Ni­za­mi Şi­ri­nin su­rə­ti­ni ya­ra­dar­kən oza­mankı azər­bay­can­lı­la­ra xas olan bütün gözəl si­fət­lə­rin ədə­bi-fəl­sə­fi cövhə­ri­ni ver­miş­dir.
Şi­rin gözəl ol­du­ğu qə­dər zə­ka­lı, sa­diq ol­du­ğu qə­dər qəh­rə­man, və­fa­lı ol­du­ğu qə­dər ira­də­li və mə­ta­nət­li­dir. Şi­rin dünya ədə­biy­ya­tın­da ya­ran­mış yüksək mə­nə­vi alə­mə ma­lik olan na­dir qa­dın su­rət­lə­ri sı­ra­sın­da bi­rin­ci­lər­dən­dir.
 
 "Mə­nim fik­rim­cə”. Ba­kı, 1967. S.79-83

Xəbər lenti