Biz imzaları yox, əsərləri dərc edirik...

Yataqda mütaliə – Herman Hesse
1716
10 İyun 2021, 11:28
  Artkaspi.az Xanım Aydının tərcüməsində Herman Hessenin "Yataqda mütaliə"adlı essesini təqdim edir:
 
 Əgər mehmanxanada üç-dörd həftə yaşadınsa, mütləq hər hansı bir əngəllə, maneə ilə üzləşməyə hazır ol. Ya  bütün günü və gecəni musiqi səsilə müşaidə olunan, səhəri isə dəhlizdə içib sərxoş olmuş adamların yıxıla-yıxıla, hamıya toxunub keçməsi ilə bitən toy məclisi qurarlar, ya sol tərəfdə yaşayan qonşun özünü dəm qazıyla zəhərləmək istəyər, həmin qaz sənin də mənzilinə dolar. Və ya əslində bundan bir az daha ədəbli və nəzakətli olsa da, mahmanxana sakinlərinin bir-birlərindən sakitlik umduqları saatda bir qonşu özünü güllələyib intihar edər.  Və ya su borusu sıradan çıxar və xilas olmaq üçün az qala üzmək məcburiyyətində qalarsan. Ya da ki günlərin bir günü pəncərənə söykənən nərdivanla mehmanxanın dam örtüyünü təmir edən usataların yuxarı qalxdığını görərsən.
 
 

 Köhnə Badendə "Xayliqenxofe"də üç həftə sakit yaşamışdım. Mütləq nəsə baş verəcəyini gözləyirdim. Kazussa həmin gün çox təmkinliydi: istilik sistemi sıradan çıxmışdı. Biz bütün günü soyuqdan donduq. Günortaya kimi mən qəhrəmancasına dözdüm. Əvvəlcə gəzintiyə çıxdım, sonra isə isti ev xələtimi əynimə geyinib işimlə məşğul olmağa başladım. Hər dəfə  buxar qızdırıcısından səs gəldikcə yenidən həyatın qayıdışına ümid verirdi. Günortaçağı əlim-ayağım buz bağladı, təslim oldum. Soyunub çarpayıya uzandım. İşlərimin ardıcıllığı pozulduğundan, belə desək fövqəladə hal baş verdiyindən, mən günün günorta çağında başımı yastığa qoydum. Buna adətkar deyildim. Mənim tanışlarım və əsərlərimin tənqidçiləri hesab edirdilər ki,  mən  heç də möhkəm və dayanıqlı insan deyiləm. Bu bəsirətsiz və fərasətsiz insanlar hansısa müşahidələrindən və kitablarımın hansısa hissələrindən mənim çox azad və sərbəst, hər necə oldu, fikir etmədən yaşadığım qənaətinə gəlmişdilər. Çünki mən səhərlər yatmağı sevirdim, yuxudan oyana bilmirdim, heç yerə qonaq getməyib, qonaq qəbul etdiyimçün bir şüşə şərab içə bilərdim. Bu və buna bənzər başqa xırdalıqlardan pis müşahidəçilər mənim zəif, tənbəl, mənəviyyatı pozulmuş, hər şeydə özü özünə güzəştə gedən bir insan, heç nədə fikrini cəmləyə bilməyən, ədəbsiz,  əxlaqsız, tüfeyli həyat sürən bir insan olduğum qənaətinə gəliblər. Onlar  mənim açıq-aşkar, heç nə gizlətmədən öz adiliyimi, nöqsanlarımı etiraf etməyimi dikbaşlıq və lovğalıq kimi qəbul etdiklərindən bu cür düşünürlər.
 Əslində mən  nə qədər ki, həyat normalarına az riayət edirəm, o qədər çox öz prinsiplərimə sadiq qalıram. Mən onların ela olduğunu hesab edirəm.  Tənqidçilər buna heç bir ay da dözə bilməzdilər. Prisnsiplərimdən biri - qəzet oxumamaqdır. Buna səbəb ədəbi təkəbbürüm, müasir almanaların "ədəbiyyatşünaslıq" adlandırdıqları mətbuatın daha aşağı səviyyəli ədəbiyyat olduğu barəsindəki yanlış düşüncələrim deyil. Nə siyasət, nə idman, nə iqtisadiyyat mənim maraq dairəmdə olmadığından, artıq uzun illərdir ki,  dünyanın yeni müharibələrə doğru necə irəlilədiyini müşahidə etmək mənimçün dözülməz və cansıxıcı idi. Lakin ildə bir neçə dəfə mən yarım saatlıq da olsa bu adətimi pozaraq, qəzetləri nəzərdən keçirərək sensasiyalardan və ildə bir dəfə ürpəşərək kandarından içəri daxil olduğum kinoteatrdan zövq alıram. Bu  məyusedici gündə çarpayımda bürünərək əlimin atlında kitab olmadığından iki ədəd qəzet götürdüm.  Onlardan biri "Tsurxer tsaytunq" lap təzə imiş - cəmi dörd beş günün qəzeti imiş. Bu qəzetdə şeirlərim çap olunduğundanalmışdım.  O biri qəzetsə bir həftə öncə çap olunan idi. Ona da nəsə bükmüşdüm, heç bir dəyəri yox idi. Çox böyük maraqla mən hər iki qəzeti oxumağa başladım. Daha doğrusu dilini bildiyim hissələri oxuyurdum. Xüsusi şifrələnmiş dildə olan idman, siyasət və birja hissələrini mən təbii ki, məcbur olaraq ötürürdüm. Bu minvalla oxunası xırda xəbərlər və oçerklər qaldı. Və mən bütün varlığımla qəzetlərin niyə oxunduğunu yenidən anladım. Çox müəmmalı və dolaşıq  xəbərlərdən heyran qalıb, sanki ovsuna düşərək mən dərin düşüncələrə daldım. Və bir saat ərzində bir çox yaşlı insanlarla həmfikir oldum. Onların radioya abunə olaraq, hər saat yeni xəbərləri gözləyib niyə ölmək istəmədiklərini anladım.
 Yazıçıların çoxunun fantaziyası yaxşı inkişaf etməyib. Buna görə də mən yazılan xəbərlərdən heç birini anlamadım, təəccüb içində karıxdım.  Çox qəribə şeylər öyrənirdim, bu cür şeyləri mən gecə-gündüz düşünmək, fikirləşmək üçün yazmışam. Yalnız bir neçə xəbərə laqeyid qaldım. Məsələn, əvvəlki kimi xərçəng xəstəliyinə qarşı yenə də səylə aparılan, lakin uğursuz olan mübarizə məni təəccübləndirmədi. Həmçinin Darvin nəzəriyyəsini aradan qaldırıb məhv etmək üçün  daha bir Amerika fondunun yaradılması xəbəri də məndə maraq doğurmadı. Lakin İsveçrə şəhərlərinin birində təsadüfən anasını qətlə yetirən bir cavan oğlanın cəza olaraq yüz frank cərimə olunması xəbərini üç-dörd dəfə oxudum. Bədbəxt hadisə bu cür baş verib: yazıq anasının yanında tapancası ilə qurdalanırmış. Və o təsadüfən atəş açmıs, anasını qətlə yetirmişdir. hadisə kədərli olsa da, qeyri-adi deyil. Hər bir qəzetdə bundan da pis və ya bundan da daha dəhşətli hadisələr haqqında xəbərlər var. Lakin hakimin hansı ağılla bu cəriməni tətbiq etməsini düşənmək mənə utanc verdi.  Bu adam öz doğma anasını öldürüb. Əgər o bunu qabaqcadan düşünərək, bilərəkdən edibsə, qatildir! Bu  bütün dünyada bu cür qəbul olunub. Həmin qatili dahi Zarastroya (Mosartın "Sehirli fleyta" operasından personaj) həvalə etməyəcəklər ki, ona qətlin necə böyük axmaqlıq olduğunu izah edərək, onu adam eləməyə cəhd göstərsin. Onu xeyli vaxt müddətinə dəmir barmaqlıqlar arxasına salar və yaxud da feodal haqqlar qüvvədə olan ölkələrdəki kimi ağılsız başını edam edərlər. Axı bu qatil heç də əsl qatil deyil. O, dəhşətli faciəylə üzləşən yazığın biridir. Görəsən hansı tariflərə, hansı insan həyatının qiymətləndirilmə meyyarına uyğun olaraq, məhkəmə bu ehtiyatsızlıq ucbatından məhv olunmuş həyatın dəyərini məhz yüz frank cəza tədbiq etməklə qiymətləndirib? Mən o hakimin ədalətliliyinə və xeyirxahlığına bir anlıq da olsun  şübhə etmirəm. Və o, ədalətli qərar vermək üçün xeyli səy göstərmiş, öz dərrakəsi və hərfi qanun arasında ağır və çətin ixtilafda olmuşdur. Görəsən dünyada heç elə bir adam varmı ki, bu xəbəri anlayışla və ya məmnuniyyətlə oxusun?
 
 

 Oçerklər bölümündə mənim bir məşhur həmkarım barəsində xəbərlə rastlaşdım. "Xəbərdar ölkə" xəbər verirdi ki, məşhur nasir M. hal-hazırda yazdığı son romanın ekranlaşdırılması üçün müqavilə bağlamaq məqsədilə S. məntəqəsindədir. M. yeni romanını da bunun qədər vacib və təsirli bir məsələyə həsr edəcəyini, lakin yaxın iki il ərzində onu bitirə bilməyəcəyini bəyan etmişdir. Görünür mənim həmkarım böyük çalışqanlıqla, səylə, düzənli şəkildə hər gün çalışır ki, bu cür xəbərləri öncədən verə bilir. Axı niyə o, belə edir? Bəs birdən bu işi hələ tamamlamamış  onu hər hansı bir başqa bir  vacib bir problem öz təsiri atına salar və o haqqda yazmağa məcbur qalar? Məgər onun yazı makinası korlana bilməz və ya katibəsi heç vaxt xəstələnmir görəsən? Onda verdiyi bu bəyanın nə mənası, nə dəyəri var axı? İki ildən sonra əgər bacarmadığını, çatdıra bilmədiyi etiraf etməli olsa, insanların üzünə necə baxacaq? Birdən romanın ekranlaşdırılması ona o qədər böyük gəlir gətirər ki, o, zəngin həyat yaşayar?  Katibəsi onun firmadakı işlərini davam etdirməyəcəyi halda, nə sonrakı, nə də hər hansı başqa bir əsər daha yazılmayacaq.
 Bir başqa qəzetdənsə doktor Ekkenerin rəhbərliyi altında seppelinin (böyük dirijabl) Amerikadan Avropaya geri qayıtması barəsində məlumat oxudum. Deməli o Amerikaya uçub. Möhtəşəm bir uğurdur! Bu xəbər məni xeyli sevindirdi. Uzun illər idi ki, doktor Ekkener heçyadıma düşmürdü. Mən on səkkiz il əvvəl onun seppelində Bodensk gölü və Arlber üzərindən ilk uçuşumu etmişəm. Mən onunla cəmi bir neçə kəlmə danışsam da, o susqun, iradəli, insana inam verən kapitan bənizli insanın surətini və adını mən yaxşı yadımda saxlamışdım.Deməli, bu qədər zaman keçməsinə və bu qədər hadisələrin olmasına baxmayaraq, o yenə də öz işinin başındadır, öz işini davam edir, Amerikaya qədər gedib çıxıb. Heç bir mühaibə, heç bir infilyasiya və həyatında  baş vermiş heç bir dəyişiklik onun xidmət göstərməkdən yayındıra bilməmişdir. Mən onu dəqiq,olduğu kimi xatırlayıram, 1910-cu ikdəki kimi, o məni bir neçə dostcasına bir neçə söz deyib (yəgin ki, o məni müxbir bilib) öz qandolasına qalxdı. O, müharibə vaxtı general,  infilyaslya vaxtısa bankir olmadı. O,  inşaatçı və kapitan olaraq  öz işinə sadiq qaldı. Hər iki qəzetdən oxuduğum çoxsaylı və mənasız məlumatlardan bircə bu xəbər məni sakitləşdirdi.
 Bəsdir daha bu haqda. Bütün axşamı mən qazet oturmaqla keçirdim. Qızdırıcılar hələ də buz başlamışdı və mən yatmağı düşünürəm.




Xəbər lenti