Biz imzaları yox, əsərləri dərc edirik...

“YARAT”da uşaqlar üçün yeni layihə
75
11 Yanvar 2018, 10:47
 Yanvarın 14-də "YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün "Robotların köməyi ilə ətraf mühiti qoruyaq” adlı tədbir keçiriləcək.
 

 
 AZƏRTAC xəbər verir ki, "Mars Academy”nin tərəfdaşlığı ilə reallaşacaq tədbir çərçivəsində dörd istiqamətdə peşəkar dərslər keçiriləcək, balacalar proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət haqqında məlumat əldə edəcəklər.
 Eyni zamanda, uşaqlar robotların uyğun konstruksiyalarını toplayacaq, sonra onları ayrı-ayrılıqda proqramlaşdıracaqlar.
 Layihədə 5-12 yaş arası uşaqlar iştirak edə bilər.