Biz imzaları yox, əsərləri dərc edirik...

Xəzər Universitetində Fransız dili bayramı
88
11 Aprel 2021, 08:33

   Xəzər Universitetində Frankofoniya həftəsi çərçivəsində "Fransız dili bayramı" keçirilmişdir. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Fatma Ağayevanın təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə departamentin müdiri dosent Dilbər Zeynalova açmışdır. O, Xəzər Universietinin təməl prinsiplərində mədəni müxtəlifliyin dayandığını vurğulamış, belə tədbirlərin mədəniyyətlərin inteqrasiyasında əvəzsiz rolunu qeyd etmişdir.

   Fransanın Azərbaycandakı səfirliyinin Mədəni əməkdaşlıq və fəailyyət üzrə məsləhətçisi Jerom Kel və Mədəni məsələlər üzrə məsul şəxs İngrid Ponsy çıxışlarında Xəzər Universitetində fransız dilinə olan marağı yüksək qiymətləndirmişlər, əməkdaşlığın davamlı olmasını arzulamışlar. Universitetin tələbələri Xalid Heydərov, Səmrin Hüseynli, Sima Rəhimova, Şəfəq Qasımova, Günel Ocaqverdiyeva, Jalə Vəliyeva və Musa Niftəli fransız dilində çıxış etmişlər. İnqrid Ponsy fransız dili ilə bağlı müsabiqənin qaliblərini mükafatlandırmışdır.

   Tədbirin sonunda Humanitar, təhsil və sosial elmlər fakultəsinin dekanı dosent Elza Səmədova qonaqlara təşəkkürünü bildirmiş, tələbələrə yeni uğurlar arzulamışdır.

Xəbər lenti