Biz imzaları yox, əsərləri dərc edirik...

Xəyal Rzanın ingilis dilində şeirlər kitabı çap olunub
303
10 May 2021, 11:01
 Tanınmış şair Xəyal Rzanın ingilis dilində şeirlər kitabı çap olunub.
 Kitabda şairin tərcümə edilmiş 23 şeiri yer alıb. Kitab yazıçı, tərcüməçi Kamran Nəzirlinin "Çağdaş Azərbaycan şeiri ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb. Kamran Nəzirli layihə haqqında danışarkən "məqsədimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir”, – deyə bildirib. Kitabda müəllifin sevgi şeirlərilə yanaşı, Qarabağa, eyni zamanda, erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.
 Qeyd edək ki, "Mütərcim” nəşriyyatında çapdan çıxan "The world smells love” adlı kitab Xəyal Rzanın sayca 7-ci kitabıdır.
 
AZƏRTAC
Xəbər lenti