Biz imzaları yox, əsərləri dərc edirik...

Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi
94
13 Aprel 2021, 17:25
 Hökmdar-şair, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin "Dəhnamə” və "Nəsihətnamə” poemaları Azərbaycan Yazıçılar Birliyi "Şah İsmayıl” Komissiyasının təşəbbüsü ilə "Hədəf Nəşrləri” tərəfindən nəsr halında çap edilib.
 
 

 Əsəri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisləri Mehdi Şükürov və Arzu Əsədova nəsrə çevirib.
Sözügedən layihənin rəhbəri "Şah İsmayıl” Komissiyasının sədri, dosent Şəmil Sadiqdir.
 Qeyd edək ki, kitabın rəyçiləri dosent Şəmil Sadiq, professor Aydın Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru Fikrət Əliyev, filologiya elmləri doktoru İslam Sadıqdır.
 Səbuhi Şahmursoy və Nizami Hüseynovun redaktoru olduğu nəşr, əsasən, xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 Kitabın ön sözünün müəllifi professor Xəlil Yusiflidir.

Xəbər lenti