Biz imzaları yox, əsərləri dərc edirik...

Ukrayna KİV-lərində “Publik diplomatiya” liderlərinin reytinqi dərc edilib
338
05 May 2021, 13:45
 Dünya siyasəti institutu Ukraynanın xaricdəki səfirliklərinin və Ukraynada akkreditə edilmiş xarici diplomatik nümayəndəliklərin internet səhifələrində dərc edilən informasiyanın təhlili əsasında publik diplomatiya reytinqini tərtib edib.
 
 
 
 İnstitut bu reytinqi tərtib edərkən keçən ildə olduğu kimi bu dəfə də diplomatik nümayəndəliklərin fəaliyyətini qiymətləndirərkən onların öz rəsmi saytlarındakı informasiyanı əsas götürüb. İnstitutun tərtib etdiyi xüsusi qiymətləndirmə şkalasında dövlət rəhbərlərinin, parlament və hökumət rəhbərlərinin səfərləri, iqtisadi və siyasi əlaqələr, diaspor ilə dialoq nəzərə alınıb.
 
 

 Ukraynada 100-dən çox xarici ölkənin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. "Publik diplomatiya” reytinqinin liderlərinin ilk beşliyinin siyahısında 3-cü yerin sahibi Albaniya Respublikasının Ukraynadakı fəxri konsulu, etnik azərbaycanlı Şahin Ömərov, 5-ci yerdə isə  Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, yazıçı Elmira Axundovadır.  





Xəbər lenti