Biz imzaları yox, əsərləri dərc edirik...

Turan ölkələrindən Almaz Ülviyə ünvanlanan təbriklər
135
10 İyun 2021, 11:18
 Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, filologiya elmləri doktoru Almaz Ülvinin ünvanına sürpriz olaraq iki xoş xəbər  ünvanlanıb: Türk xalqları arasındakı dostluq əlaqələrinin inkişafındakı xidmətlərə görə,   türkoloq alim Almaz Ülvi  "Qazaxstan Dünya Talantları Təşkilatı"nın üzvlüyünə qəbul edilərək, həmin təşkilatın təsis etdiyi "Xalqlar dostluğu" medalı ilə təltif olunmuşdur.  Bu günlərdə alim, eyni zamanda Qırğızıstan Respublikasının "Qırğız Akın-Yazıçıları" İctimai Fondunun üzvlüyünə də qəbul edilmişdir.

 

 Birliklərin üzvlük biletlərinin və döş nişanı olan medalın yaxın günlərdə ünvanına təqdim ediləcək mesajı da yazıçı-publisistin diqqətinə çatdırılıb.
 Qeyd edək ki, ötən ilin fevral ayında Almaz Ülviyə Özbəkistan Yazıçılar Birliyinin "Fəxri üzvü” bileti və Birliyin sədri, şair Siracəddin Səyyidin təbrik məktubu təqdim edilmişdir.  
 
Xəbər lenti