Biz imzaları yox, əsərləri dərc edirik...

Tbilisidə “Çağdaş Gürcü-Azərbaycan poeziya antologiyası”
65
13 Aprel 2021, 09:55
 Tbilisidə "Şəfəqlərin işıqlandırdığı yol” adlı "Çağdaş Gürcü-Azərbaycan poeziya antologiyası” çapdan çıxıb. Kitabda Azərbaycan və gürcü yazıçı və şairlərinin müxtəlif janrlarda olan əsərləri toplanıb.
 
 

 Bu barədə AZƏRTAC-a Gürcüstan Yazıçılar Birliyinin (GYB) nəzdindəki Azərbaycan bölməsinin rəhbəri, yazıçı-publisist, şair Allahverdi Təkləli məlumat verib.
 A.Təkləli deyib: "Dünyaya örnək olan və "Şəfəqlərin işıqlandırdığı yol” adlı antologiyada Gürcüstanda dünyaya göz açan 20-yə yaxın azərbaycanlı və gürcü şairin mövzuları, təhkiyə tərzləri və üslubları bir–birindən fərqli əsəri toplanıb”.
 Onun sözlərinə görə, uzun müddətdir ki, hər iki ölkənin şair və yazıçılarının əsərlərinin toplanaraq tərcümə edilməsi və kitab halında nəşri üzərində iş davam etdirilir. Yaxın vaxtlarda oxuculara və ədəbiyyat, şeirsevənlərə daha bir kitab təqdim olunacaq.

Xəbər lenti