Biz imzaları yox, əsərləri dərc edirik...

Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı
82
12 Aprel 2021, 15:16
 "Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin "Şərqdilləri” bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir.
 Azərbaycan dilini tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədrisedir. Gənclərə ölkəmizin, zəngin mədəniyyəti və adət-ənənələri və həqiqətləri ilə bağlı geniş məlumat verilir.
 
 

 Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 350-dən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdən kənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil ediləcəyini söyləyib.
 Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar var.
 

Xəbər lenti