Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxana Nizami Gəncəvi haqqında elektron xülasə
515
11 İyun 2021, 11:34
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Nizami Gəncəvi – 880” adlı elektron xülasə hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron xülasədə Nizami Gəncəvi haqqında 2017-2021-ci illərdə (may ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş 150-dən artıq məqalə araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılıb.
 
 

Xülasənin hazırlanmasında məqsəd geniş istifadəçi kütləsini görkəmli şairin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Elektron xülasədə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.
Xülasə ilə tanış olmaq istəyənlər http://anl.az/down/Nizami.Gencevi.pdf linkindən istifadə edə bilərlər.

Xəbər lenti