Biz imzaları yox, əsərləri dərc edirik...

Hüseynbala Mirələmovla görüş
497
12 Fevral 2018, 18:19
 Fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Ağdam rayon 149 nömrəli orta məktəbin kollektivi ilə yazıçı – publisist, Milli Məclisin deputatı Hüseynbala Mirələmov arasında görüş keçirib.
 
 
 

 AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi yazıçı-publisistin yaradıcılığının əsas xətti olan Qarabağ müharibəsi, yurd həsrəti və Vətən sevgisi ilə bağlı olub.
 Yazıçı-dramaturqun bu mövzuya həsr edilmiş "Xəcalət”, "Güllələnmiş heykəllər”, "Durnalar qayıtdı”, "Son arzu”, "Tənha durna uçuşu”, "Yanan qar” və digər əsərlərindən danışılıb.
 Tədbirdə müəllif, Moskvanın "Molodaya qvardiya” nəşriyyatında nəşr edilən "Görkəmli adamların həyatı" seriyasından ulu öndər Heydər Əliyev, akademik Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında kitabları, həmçinin "Gəncə qapıları” tarixi romanı və başqa əsərləri barədə də məlumat verib.
 Diskussiya şəklində gedən tədbirdə sualları cavablandıran yazıçı imzası ilə kitablarını məktəbli oxuculara təqdim edib.
 Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.