Biz imzaları yox, əsərləri dərc edirik...

“Azərbaycan”ın mart sayı çapdan çıxıb
125
13 Aprel 2021, 10:10
 Min ildən artıq poeziya ənənələri, zəngin ədəbi irsi və nəhayət, nəhəng simaları olan bir ədəbiyyat tarixinə hər yazıçının adı yazılmır. Cəmi 38 il  yaşamış, onun da vur – tut 16 ilini şeirə, yaradıcılığa həsr etmiş  Əli Kərimə bu – adının klassiklərimizlə bir cərgədə çəkilməsi  nəsib oldu. Ölümündən 52 il keçməsinə baxmayaraq, o, yarım əsr  bundan əvvəl olduğu kimi, bu gün də oxunur və sevilir. Bunun sirri nədir? Şairin oğlu, görkəmli ədəbiyyatşünas, professor Paşa Əlioğlu bu sirri çözməkdə ən uğurlu bələdçiniz olacaq.  "Bu gün onun həyatında  bir bahardır” və "Niyə batdın , ey günəş?yazıları  Əli Kərim yaradıcılığında son illərdə yazılmış ən ciddi,dəyərli yazılardandır.

 Müasir poeziyamızın parlaq imzalarından olan Vaqif Bəhmənlinin həyat, zaman, insan münasibətləri ilə bağlı  ədəbi – fəlsəfi düşüncələrini "Əl " poemasında , həm də maraqlı bir strukturla ifadə edir.  Rubrikanı Əşrəf Veysəlli,Avdı Qoşqar, Şövkət Zərin Horovlu, Xuraman, Balayar Sadiq,  Azad Fərhadoğlu və Arzu Nehrəmli davam etdirirlər.
 Əyyub Qiyasın "Ölənə qədər” əsərinin əvvəli Nəsr rubrikasında dərc olunub.Müəllif əsərini kino – roman kimi təqdim edib.
 "Nizami söhbətləri” layihəsində Fərid Hüseyn  ədəbiyyatşünas Təhminə Bədəlova ilə həmsöhbətdir.
Vaqif Yusifli Ələkbər Salahzadəni "Yaşayan şair” yazısı ilə anır.
 "Ədəbiyyatın fəxri vətəndaşı”! 80 yaşlı İsa İsmayılzadəyə həsr olunmuş bu essenin müəllifi Südabə Ağabalayevadır. 
 Yazıçı Seyran Səxavətlə İntiqam Qasımzadənin orijinal yubiley söhbəti nömrənin ən maraqlı yazısı kimi diqqətinizi çəkəcək. 70 yaşlı Barat Vüsal oxucularını yeni şeirləri ilə salamlayır. Mayası halallıqla yoğrulmuş bu yaradıcılığın əsl qiyməti ustad fikirlərində  bir də xatırlanır.
 Gənc tədqiqatçı Tural Adışırin "Yaddaşın izi ilə " məqaləsində nağıl – dastan paralelləri aparmağa çalışır.
Ədəbi kaleydoskopda Zümrüd Əhmədova  Emil Zolya, Kiplinq və Nabokov yaradıcılığının naməlum qatlarına diqqət çəkir.
 Nəriman Həsənzadə, Anar, Vüqar Əhməd, M.Fira, Salidə Şərifova, Etibar Muradxanlı. Kitab Rəfində bu dəfə bu müəlliflərin yeni nəşrləri təqdim edilir.

Xəbər lenti