Biz imzaları yox, əsərləri dərc edirik...

Kukla Teatrı “Cırtdan”ı onlayn göstərəcək
534
07 May 2021, 12:39
 Mayın 15-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı "Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın yutub kanalında saat 12:00-da göstəriləcək.
 
 

 AZƏRTAC xəbər verir ki, teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur "Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.
 Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirilməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
 
Xəbər lenti