Biz imzaları yox, əsərləri dərc edirik...

“Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı aksiyasına həsr olunan videoçarx
500
23 Noyabr 2020, 10:57
 Şanlı Ordumuzun cəbhədə böyük şücaət və möhkəm iradə göstərərək əzəli torpaqlarımız olan Qarabağı işğaldan azad edərək bizlərə qələbə sevinci yaşadıb. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı aksiyasına həsr olunan videoçarx hazırlayıb.
 
 

 AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.
 Aksiya çərçivəsində kitabxanaya 1000-ə yaxın məktub daxil olmuşdur.
 
 

 Respublika Uşaq Kitabxanası aksiyaya həsr etdiyi videoçarx vasitəsilə əsgərlərə yazılan məktublardan bir neçəsini təqdim edib. Yazılan məktublar kiçik ürəklərin böyük məhəbbətidir.
 Qeyd edək ki, videoçarx kitabxananın "Facebook”, "Instagram”, "Twitter” sosial şəbəkələri, "YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.
 Aşağıdakı link vasitəsilə videomaterialı izliyə bilərsiniz:
 
 https://youtu.be/LYXLdMM6c5w