Biz imzaları yox, əsərləri dərc edirik...

Yazıçı Mübariz Örən beynəlxalq festivalda
454
16 Sentyabr 2019, 13:52
  Kulis.az-ın verdiyi xəbərə görə, nasir 18-20 sentyabrda Moldovada keçiriləcək "Kvadrat" Beynəlxalq proza festivalında iştirak edəcək.
  Moldovanın Yazılı Mədəniyyət Fondunun və Moldova Yazıçılar Birliyinin keçirdiyi bu festival paytaxt Kişinyovda keçiriləcək. Birliyinin katibi Nikolay Spetarunun sözylədiyinə görə, festival ərəfəsində ənənəvi olaraq, "Kvadrat” nəsr jurnalı da çap olunur.
 
 

  Xatırladaq ki, ötən il bu festivalda Azərbaycanı yazıçı-dramaturq Elçin Hüseynbəyli təmsil etmişdi.