Biz imzaları yox, əsərləri dərc edirik...

Var hardakı türk məmləkəti, öz vətənimdir - Gülbala Dadaşın şeirləri
1404
13 Oktyabr 2020, 11:47
Artkaspi.az saytı Gülbala Dadaşın şeirlərini təqdim edir: 
 
Qəzəl

Çox etdi hücum üstünə alçaq-yağı türkün,
Alçalmadı, yüksəldi fəqət bayrağı türkün!

Türk oğlu edir canını qurban vətən üçün,
Yoxdur yer üzündə biliniz, qorxağı türkün!

Bir qəlbi param-parça edib böldülər Allah,
Olmuş bu cahanın solu türkün, sağı türkün!

Var hardakı türk məmləkəti, öz vətənimdir!
Çünki mənə birdir dili tək torpağı türkün!
              
Can-Azəribaycanı canı Dağlığ-qarabağdır
Çoxdur qarabağ tək ürəyində dağı türkün!

Ey erməni namərdləri, ən yaxşınız hətta,
Heç vaxt ola bilmez "atılan-dırnağı" türkün!
             
Türkün xoş olarkən günü, Türkün günü xoşdur,
Pis gündə də türk oldu Dadaş, ortağı türkün!
 
 

VƏTƏN

Vətən - səndə
Vətən - məndə
Vətən - bizdə
Vətən - Zərdüşt
Vətən - Budda
Vətən - Zəbur
Vətən - Tövrat
Vətən - İncil
Vətən - Quran
Vətən - səhra
Vətən - dərya
Vətən - gərçək
Vətən - xülya
Vətən - təklik
Vətən - çoxluq
Vətən - yoxluq

Yollar - vətən
Sağlar - vətən
sollar - vətən
Dağlar - vətən
Daşlar - vətən
Səndən - vətən
Başlar - vətən
torpaq - vətən
bayraq - vətən

Allah - vətən
Savab - vətən
Günah - vətən
Bu gün - vətən
Sabah - vətən
sağ ol ana
salam Vətən...
 
 

PAYIZ

Nə payız vaxtı mən öz ölməyimi istəyirəm,
Nədəki, istəmirəm heç yaşayım bu fəsili!
Pis günümdə mənə göstərdi o ən pis üzünü,
Çevirib bəkə də ondan o gün iblis üzünü!
O günün portiretin həkk elədim gözlərimə!

Payızı görməyə heç yoxdu gözüm...
Məni görsə, mənə xatırladacağ,
Olduğum son döyüşün sərt üzünü!
Gördüyüm sülhün isə pərt üzünü!
Payızın son günahı,
Baharın ilk sabahı...

Göydə cərgəylə uçan durnaları bənzədirəm,
Döyüşün sağ qalan əsgərlərinə.
Məncə ən sonda gedən mən özüməm,
Mən də vaxt uzaqlarda idim.
Sənə yalnız yalnız yaxın idi, ANACAN...