Biz imzaları yox, əsərləri dərc edirik...

“Uşaqlıq” monopyesi Batumidə
508
25 Noyabr 2020, 12:54
 Yazıçı-dramaturq Ülviyyə Heydərovanın Batumi Beynəlxalq Monodram Festivalında qalib gələn "Uşaqlıq” monopyesi bu yaxınlarda Batumidə nümayiş olunacaq. 
 Gürcü dilində təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Ketevan Samxaradze, əsas rolun ifaçısı isə Tbilisi Gənclər Teatrının aktrisası Aniko Şurqaiadır.
 

 

 Təşkilat komitəsi Batumi Beynəlxalq Monodram Festivalını pandemiya səbəbindən onlayn rejimdə keçirməyi qərar alıb. Tamaşa Batuminin Acariya Televiziyası tərəfindən lentə alınıb və yaxın günlərdə onlayn nümayişi gözlənilir.
 
 Qafqazinfo