Biz imzaları yox, əsərləri dərc edirik...

“Eşq” seriyasından yeni kitab – Tuğrul Tanyolun şeirləri
530
16 İyul 2019, 17:22
  "Eşq” kitab seriyasından Türkiyənin görkəmli şairi Tuğrul Tanyolun kitabı işıq üzü görüb. "Sən əlimdən tutanda” adlı kitabdakı şeirləri dilimizə Həyat Şəmi və Ramil Əhməd uyğunlaşdırıb. Kitabda həmçinin şairlə müsahibə də yer alıb.
 

 
  Qeyd edək ki, "Eşq" seriyasının rəhbəri və redaktoru Fərid Hüseyn, nəşrin məsləhətçi Səlim Babullaoğludur.
  Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlanıb.