Biz imzaları yox, əsərləri dərc edirik...

Söz saymaq
265
19 İyul 2019, 10:19
  "PublisherWeekly”də kitablarda söz sayı ilə bağlı "Amazon” şirkətinin hazırladığı xüsusi statistika dərc olunub. Şirkət rəsmilərinin göstərişi ilə hazırlanmış xüsusi "mətn statistikası”nın köməyi ilə dünyada işıq üzü görmüş kitabların ortalama neçə min söz hesabına yazıldığı müəyyənləşdirilib. Hesablamaya görə, bir kitabın yazılmasına ortalama 64000 söz istifadə olunur. Oxucu üçün bu elə də əhəmiyyətli məlumat olmasa da, kitabın dəyərinin anlaşılması baxımından vacibdir. Çünki buraya sadəcə yaradıcı təxəyyül məhsulu olan nümunələr, yəni bədii ədəbiyyat daxil edilib. Yalnız bədii ədəbiyyat nümunəsində hər bir söz yaradılmalı, yerinə görə təyin edilməlidir. 
 

 


  Dünyada ən çox söz Lev Tolstoyun "Hərb və sülh” romanı üçün istifadə olunub. Bu roman 544406 sözdən ibarətdir. Ceyms Coysun "Ulis” romanında 262869 söz var. Ümumi hesabatdakı kitabların cəmi 2%-də bundan artıq sayda söz var. Con Steynbek isə "Cənnətin doğuşu”nda 226741 söz istifadə edib. Kitabların cəmi 3%-də sayca bundan çox söz var. "Moby Dik”də isə kitabların 96%-dən daha çox söz istifadə olunub – 159344. Corc Oruel isə "Heyvanıstan” üçün cəmi 29966 sözdən yararlanmaqla, klassika yaratmaq üçün uzun-uzadı yazmağın şərt olmadığını göstərir.
 
  Hazırladı: Elcan Salmanqızı