Biz imzaları yox, əsərləri dərc edirik...

“Soltan və İsmayıl Hacıbəyovlara ithaf”
22
14 Avqust 2019, 09:42
 Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) "Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı konsert proqramı təqdim olunacaq.
 
 

 AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da reallaşacaq konsertdə gənc dirijor Orxan Həşimov, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano) və Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano) , Aytac Rzaquliyeva (piano) tərəfindən hər iki bəstəkarın əsərləri ifa ediləcək.
 Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.