Biz imzaları yox, əsərləri dərc edirik...

Sahil hekayələri
499
11 İyul 2019, 14:35
  İçində dəniz olmayan romantizmə "yox”!
  İlin hansı fəsli olursa olsun, içində sahilkənarı həyatların, dəniz mənzərəli romantik səhnələrin yer aldığı romanlar hər zaman insanı alternativlərlə müqayisədə ruhən sakitləşdirir. Yəni, dəniz əhvalatlarının, sahil məhəbbətlərinin zamanı heç də sadəcə yay deyil. Amma təbii ki, sahildə uzanıb içindən dənizlər, göllər, sahil kəndlərində yaşanan əhvalatlar oxumağın xüsusi bir yeri var. "Kirkus” redaktorları içindən dəniz keçən ən yaxşı romanlardan ibarət bir siyahı hazırlayıb. Siyahıda azərbaycanlı oxuculara tanış olmayan romanlar da var. Lakin bu romanlar böyük maraqla qarşılanıb, diqqətçəkən satış göstəriciləri ilə yadda qalan nümunələrdir.
 
 

  – Alvaro Mutis – "Sonuncu liman” ("Luiltimo scalo del Tramp Steamer”)
  – Yukio Mişima – "Dalğaların səsi” ("Giphy sea waves wind”)
  – Panait İstrati – "Aralıq” ("Mediterranee”)
  – Qabriel Qarsia Markez – "İtkin dənizçi” ("Relato de un naufrago”)
  – Margerit Duras – "Cəbəllütariq dənizçisi” ("La marine de Gibraltar”)
  – Xose Mauro Vazkonselos – "Qardaşım külək, yoldaşım dəniz” ("Barro Blanco”)
  – Ernest Heminquey – "Qoca və dəniz” ("The old man and the sea”)
  – Riçard Bax – "Qağayı” ("Seagull”)
  – Con Banvil – "Dəniz” ("The sea”)
  – Tomas Man – "Venesiyada ölüm” ("Death in Venice”)

    Elcan Salmanqızı