Biz imzaları yox, əsərləri dərc edirik...

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş virtual konsert
128
21 Yanvar 2021, 09:13
 Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş virtual konsert təşkil edilib.
 
 

 AZƏRTAC xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş virtual konsert Parisdə Azərbaycan Mədəniyyət Mərkəzindən səfirliyin "Facebook” səhifəsi vasitəsilə birbaşa yayımlanıb.
 Virtual konsertdə Azərbaycan diasporunun üzvləri Mahir İsmayılov (nağara) və Ceyhun Aydınoğlu (balaban) xalq mahnısı "Sarı gəlin, "Qarabağın maralı”, "Laçın”, Segah təsnifi, Fikrət Əmirovun "Kor ərəbin mahnısı” və Tofiq Quliyevin "Axşam mahnısı”nı ifa ediblər.