Biz imzaları yox, əsərləri dərc edirik...

“Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlanılıb
228
22 Yanvar 2021, 14:25
 F.Köçərli adına Respublika Uşaq Kitabxanası Kitab Bağışlama Günü ilə əlaqədar yanvarın 21-dən fevralın 11-dək "Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlayıb.
 
 

 Aksiyanın keçirilməsində məqsəd erməni terroruna məruz qalmış Gəncə, Bərdə, Tərtər rayonlarında yaşayan uşaq və yeniyetmələrə kitab töhfəsi etmək, gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliyəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.
 Ətraflı məlumat əldə etmək və aksiyaya qoşulmaq üçün İnfo@clb.az, ushaqkitabxanasi@gmail.com və childibbaku@yahoo.com elektron poçt ünvanlarından birinə müraciət etmək və ya (+99412) 5970879 nömrəsinə zəng vuraraq əlaqə saxlamaq olar.