Biz imzaları yox, əsərləri dərc edirik...

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan onlayn şeir müsabiqəsi
89
15 Aprel 2021, 10:19
 Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığının təbliğ olunması, eləcə də istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan onlayn şeir müsabiqəsinə başlanılıb.
 
 

 AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqə 14-20 aprel tarixlərində reallaşacaq.
 Müsabiqənin şərtləri aşağıdakılardır:
 - Səsləndirilən şeirlər videoçarx formasında idarənin lenkeranshgii@gmail.com elektron poçt ünvanına və ya (050) 748 68 78 "WhatsApp” nömrəsinə göndərilməlidir.
 - Müsabiqədə iştirak üçün yalnız dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş və ya şairin özünün müəllifi olduğu əsərlərdən parçalar təqdim edilməlidir.
 Müsabiqə qalibləri Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olunacaqlar.

Xəbər lenti