Biz imzaları yox, əsərləri dərc edirik...

Nə oxumalı olduğumuza kim qərar verir?
177
11 İyul 2019, 14:50
  Mütaliə vərdişlərinə erkən yaşlardan yiyələnənlər üçün kitab seçmək, yeni yazarları kəşf edib, dəyərləndirmək, "yaxşı və bayağı” romanı ayırmaq heç də çətin deyil. Burada da təcrübə mütləq mənada öz sözünü deyir. Amma hansısa bir dönüş nöqtəsindən sonra kitab oxumağı gündəlik məşğuliyyətlər sırasına salıb, oxunmağa dəyər əsərlər axtarışındasınızsa, onda bu məsələdə nə qədər seçici davransanız, bir o qədər düzgün seçim etmiş olarsınız. Təqdim etdiyimiz siyahı "Guardian” redaktorları tərəfindən hazırlanıb. Əgər siz hələ də 30 yaşınızı tamamlamamısınızsa, onda dərhal bu siyahıdakı kitabları mütaliə planınıza daxil edin. Düzdür, mütaliənin yaşı olmur. Amma 30 yaşda insan ədəbiyyat haqqında nəsə deməlidir və bunun üçün bir zəmin olmalıdır. Ədəbiyyatçılar siyahıdakı romanların sizin üçün ədəbi zəmin hazırlayacağını iddia edir.
 
 

  – Herman Hesse – "Siddharta” ("Siddhartha”)
  – Corc Oruel – "1984”
  – Harper Li – "Bülbülü öldürmək” ("Killing a mockingbird”)
  – Entoni Burges – "Elektron portağal” ("Orange mecanique”)
  – Ernest Heminquey – "Zəng kimin üçün çalınır?!” ("To whom the bell tolls”) 
  – Lev Tolstoy – "Hərb və sülh” ("War and peace”)
  – Qabriel Qarsia markez – "100 illik tənhalıq” ("100 years of solitude”)
  – J.D.Selinser – "Çovdarlıqda uçurumdan qoruyan” ("The catcher in the rye”)
  – Dostoyevski – "Cinayət və cəza” ("Crime and punishment”)
  – Con Steynbek – "Qəzəb üzümləri” ("The grapes of wrath”)
  – Nabokov – "Lolita”

  Elcan Salmanqızı