Biz imzaları yox, əsərləri dərc edirik...

Müasir cəmiyyətimizdə ədəbiyyatın rolu
388
04 May 2021, 13:00
 Müasir cəmiyyətimizdə ədəbiyyatın rolu 
 
 Ədəbiyyat təhsilimizin önəmli hissəsini təşkil edir. Lakin Sofi Austin ədəbiyyatın gündəlik həyatımıza da necə daxil olduğunu da öyrənmək istəyir.
 Hələ kiçik yaşlarımdan hekayələr həyatımın bir parçası olub. Yatmazdan əvvəl "Dovşan Piterin nağılları” və "Ac Tırtıl” kimi nağıl kitabları oxumaq – mütaliə etmək mənim gündəlik adətimə çevrildi. Mən başqa bir dünyaya  onun vasitəsilə keçid edirəm. Ən azından, çox da bir şey dəyişməyib. Əksər gecələr mən reallıqdan  qaçmaq üçün kitab oxumağı sevirəm.
 Lakin ədəbiyyat daha böyük məhfumdur. Ədəbiyyat zamanın çərçivəsinə sığmayaraq dərs proqramımızın önəmli hissəsini təşkil etməklə hələ də bizimlədir. Bəs ədəbiyyatın müasir cəmiyyətimizdəki anlamı nədən ibarətdir?
 
 Təhsildə ədəbiyyat

 Dünyadakı əksər insanların fikrinə görə, bizim ədəbiyyatla ilk tanışlığımız məktəbdən başlayır. Yazmağı və oxumağı hələ erkən yaşlarımızdan bizə öyrədiblər.  Və bu  da yoxlamalarla başlayırdı.
 Özünü səhifələrdəki obrazların yerinə qoya bilmə qabiliyyəti önəmli və tələbənin perspektivi baxımından zəruri bir bacarıqdır. Bundan başqa, əsərdəki mövzuları və vurğulanan ideyanı anlamaq da fərqli düşüncə tərzinə sahib olmağımıza yol açır. Ədəbiyyat bir qaba – bir kasaya çevrilir. Dünyada çap edilmiş 130 milyon kitab oxucular üçün bələdçidir və oxucuların yeni şeylər öyrənməsi üçün körpü rolunu oynayır.
 
 

 Tarixdə ədəbiyyat

Ədəbiyyat təkcə keçmişə açılan qapı deyil, o, həmçinin, indiki  və gələcək zaman haqqında sizi düşünməyə vadar edən bir şeydir. Müəyyən vaxt periodlarında yaşamış fərqli insanların daxilində inkişaf edən mədəniyyətimizin  müxtəlif mərhələləri yatır. Əvvəllər hər bir fərd öz dövrünün məhsulu idi. Biz də fərd olaraq hər gün inkişaf edirik və ədəbiyyatın bizə verdiyi zaman qeydləri  olmasaydı biz keçmiş haqda heç nə bilməzdik.
Ədəbiyyat bizə keçmişə qayıdıb bizdən əvvəl Yer kürəsində yaşayanlardan həyatı öyrənməyə imkan yaradır. Biz mədəniyyəti daha yaxşı anlaya və daha yaxşı dəyərləndirə bilərik. Biz tarixi əlyazma və yaxud elə şifahi şəklində bizə gəlib çatmış məlumatlardan öyrənirik.
 Qədim Misir dövrünün tarixinə dair  məlumatları heroqliflər və rəsmlər vasitəsilə toplaya bilirik. Misirlilərin qoyduğu simvollar hal-hazırda onların mədəniyyətini anlamaqdan ötrü istifadə olunur. Bunlar əvvəlindən yazıda dəqiqliyə meyilliliindən asanlıqa tapılan yunan və romalıların mədəniyyətindən fərqlənirlər.
 Bu, sözün gücüdür. Onların əbədi yaşamaqla məna oyatmaq, milləti inkişaf etdirmək və hərəkət yaratmaq qüvvəsi var. Onlar şifahi nitqdən də çox yaşayacaqlar.
 
 Ədəbiyyatın təsiri
 
 Müasir cəmiyyətimizdə ədəbiyyatın mövqeyi danılmazdır.  Ədəbiyyat hər bir müəllif üçün fikirlərini ifadə etmə vasitəsi rolunu oynayır.
 Frensis Skott Fitscerald  (ABŞ yazıçısı – 1896-1940) kimi müəlliflər də buna başlıca nümunədir. Onun məhz "Böyük Getsbi”  əsəri  Amerikanın 1920-ci illərdəki vəziyyəti ilə  bağlı təcrübələrini və düşüncələrini əks etdirirdi.
 Biz əsər vasitəsilə çox asanlıqla müəlliflərin psixikasına bələd ola bilirik.  Buna baxmayaraq, ədəbiyyat həm də insan münaqişələri kimi müasir problemlərin öyrənilməsinin vacib  olduğunu təsdiqləyir.
 "The Gulf News” qəzetində bir məqalədə yazılmışdı: "Televiziya və filmlərin mövcud olduğu "müasir media əsrində” insanlar hər bir problem və məsələni  çox rahat və sürətli həll edə biləcəklərini düşünürlər. Lakin ədəbiyyat qarşıdurmaların mürəkkəbliyini təsdiq edir.”
 Ədəbiyyat bəşəriyyəti  əks etdirməklə yanaşı, həmçinin bir-birimizi başa düşməyimizə  yardımçı olan bir vasitədir. Başqa bir insanın səsini dinləyərək həmin şəxsin necə düşündüyünü anlaya bilərik. Mən hesab edirəm ki, ədəbiyyat cəmiyyətdə olan  məqsədinə görə olduqca vacibdir. Və insanların bir-birindən münasibətdə getdikcə  soyuduğu bir cəmiyyətdə hekayələr sanki bir söhbət, bir dialoq yaradır.
 
 İngilis dilindən tərcümə edən: İlknur Yusifova
 


Xəbər lenti