Biz imzaları yox, əsərləri dərc edirik...

Kukla Teatrı uşaqları “Cırtdan” tamaşası ilə salamlayacaq
436
09 Aprel 2021, 11:16
 Aprelin 11-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrində "Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın "YouTube” kanalında saat 12:00-da göstəriləcək.
 


 AZƏRTAC xəbər verir ki, teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur "Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.
 Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

Xəbər lenti