Biz imzaları yox, əsərləri dərc edirik...

Kann film bazarı iyunun sonunadək təxirə salınıb
453
16 Aprel 2021, 11:11
 Kann Festivalının peşəkarlar hissəsi, film bazarı 1 ay təxirə salınıb. Yalnız film sənayesi üçün təşkil edilmiş onlayn görüş iyun ayının sonunda, fiziki görüşlər isə iyul ayında festival çərçivəsində baş tutacaq.
 AZƏRTAC xəbər verir ki, yenidən təxirə salınacağı gözlənilən Kann Festivalı koronavirus pandemiyasına görə həmişə olduğu kimi may ayında deyil, iyulun 6-dan 17-dək keçiriləcək.
 
 

 Beynəlxalq kino satıcılarını qənaətbəxş etmək məqsədilə festival onlar üçün yazda onlayn görüş təşkil edib. Akkreditə olunmuş film alıcıları üçün ilkin film nümayişi iyunun 21-dən 25-dək keçiriləcək. Bəzi film satış şirkətləri isə martda Berlində keçirilmiş film bazarından sonra daha uzun müddət keçməsini arzulayıblar.
Kann film bazarı peşəkarlar arasında keçirdiyi sorğuya 700 cavab alıb və onlar iyunun sonunda keçiriləcək bazarda iştiraklarını təsdiqləyiblər.
 Təşkilatçılar bildirirlər ki, dünyanın müxtəlif ölkələrindən gələn 12 min 500 peşəkarı bir araya gətirən film bazarının kino sənayeçiləri üçün ilin ən böyük görüşü hesab olunur. 2019-cu ildə 2 768 film satışa çıxarılıb.

Xəbər lenti