Biz imzaları yox, əsərləri dərc edirik...

Ədiblərimizin adı Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatında
294
12 İyul 2019, 13:08
  Azərbaycan yazıçıları Kamran Nəzirli və Səriyyə Məmmədovanın adları Ədəbiyyat üzrə Beynəlxalq London mükafatına namizədlərin uzun siyahısına düşüb. Bu barədə xəbəri Beynəlxalq Yazıçılar Təşkilatının Moskvadakı nümayəndəliyinin Mətbuat xidməti yayıb.
 
 

  Xəbərdə qeyd edilir ki, 260 nəfərdən ibarət siyahıda yer alan Azərbaycan yazıçılarının seçilimiş əsərləri müsabiqə komissiyasının qərarı ilə uzun siyahıya daxil edilmişdir. Qərar dünyanın müxtəlif  ölkələrindən olan müəlliflərin hər birinə "London Mükafatı yazıçını təqdim edir” seriyası altında kitablarını nəşr etmək imkanı qazandırıb. Bütün kitablar nəşr olunandan sonra Beynəlxalq Yazıçılar Təşkilatının saytında onların anonsu veriləcək.
  Xəbərdə daha sonra bildirilir ki, Beynəlxalq Yazıçılar Təşkilatının kollektivi Mükafatın uzun siyahısına düşən müəllifləri təbrik edir, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayır.
  Biz də bu təbriklərə qoşuluruq.