Biz imzaları yox, əsərləri dərc edirik...

Fransada azərbaycanlı tələbənin yardım layihəsi təqdirlə qarşılanıb
200
09 Aprel 2021, 11:20
 Fransanın Puatye (Poitiers) Universitetinin doktorantura pilləsində təhsilini davam etdirən azərbaycanlı tələbə Eşqi Camalov COVID-19 epidemiyasının tələbələrə olan mənfi nəticələrinin aradan qaldırılması istiqamətində yeni bir uğura imza atıb. Azərbaycanlı tələbənin yeni layihəsi əsasında ehtiyac içində olan tələbə gənclərə yardım edilib.
 
 

 AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın "Nouvelles Aquitaines” portalında, eləcə də digər mətbuat orqanlarında dərc olunmuş "Məhəllə çörəkçisi tələbələrə gündəlik 50-yə qədər çörək verir” adlı məqalədə yazılıb.
Məqalədə azərbaycanlı tələbənin təşəbbüsü və irəli sürdüyü layihə çərçivəsində Puatye şəhərində tələbə şəhərciyində yaşayan və COVID-19 epidemiyasına görə maddi çətinlikdə olan tələbələrə yardım edilib. E.Camalovun təşəbbüsü ilə şəhərdə hər axşam çörək mağazalarında satılmayan çörək və çörək məmulatları toplanaraq, maddi çətinliyi olan tələbələrə verilir. Beləliklə, həm çörək israfının qarşısı alınır, həm də çətinlik çəkən tələbələrə yardım edilir.
 Azərbaycanlı tələbənin təşəbbüsü və layihəsi regional universitetlər mərkəzi tərəfindən təqdir edilib. Bu haqda regional mətbuat orqanlarında məlumat dərc edilib.
 Xatırladaq ki, ötən il COVID-19 epidemiyasına görə tətbiq olunana karantin rejimi dövründə E. Camalovun ahıllara yardımla bağlı irəli sürdüyü layihə də uğur qazanmışdır.
 

Xəbər lenti