Biz imzaları yox, əsərləri dərc edirik...

Əjdər Olun kitabı Serbiyada nəşr edilib
90
19 Sentyabr 2019, 11:58
  Tanınmış şair, nasir Əjdər Olun ‘Səhra komandirinin meymunu’ (Majmyn bojnoг командата) adlı hekayələr kitabı Serbiyada nəşr olunub. Nasirin hekayələrini serb dilinə tanınmış mütərcim, ədəbiyyatşünas Nina Smiç tərcümə edib.
 
  Nüfuzlu ‘CompuTech’ nəşriyyatında işıq üzü görən kitabda müəllifin 10 hekayəsi (‘Qəzənfər müəllinin Şuşaya yürüyüşü’, ‘Böyürsoy’, ‘Qrafoman’, ‘Ölümlə zarafat’, ‘Usta Yusifin kamançası’, ‘Səhra komandirinin meymunu’  və. s) yer alıb. Sentyabrın 23-də Belrqad şəhərində Serbiya Yazarlar Assosasiyasında kitabın təqdimat mərasimi keçiriləcək.