Artkaspi.az saytı Əli Şirin Şükürlünün "Ədəbi suprematizm: sən
olmayanda” adlı şeirini təqdim edir:
tup. - bilirsən nələr oldu nələr sən olmayanda
tup.tup. - gün
çıxır, qaranlıq düşür, fəsillər dəyişir. az-az görürsən çox şeyi
bilirəm. az-az
görürsən torpaq necənəfəs alır günəş necə qürub edir...
yağmurların səsini
eşidirsən yəqin. romantikası olsa dayağmurlar zərər
vurur bəzən
çörəyi daşdan çıxan adamlara. daha doğrusu çörəyi
torpaqdan
çıxanlara. son vaxtlar tez-tez daşqınlar olur məmləkətdə.
bundan sonra
necə deyəsən torpağı sevin çörəyi torpaqdan çıxanlara.
bilmirəm nədən
burdanbaşladım söhbətə. deyiləsi sözüm çoxdu sənə
tup.tup. tup.
– bilirsən nələr oldu nələr sən olmayanda
şəhərlər kəndlər
ölkələr dəyişdi sən olmayanda adamlar dəyişmədi.
xaraba qalan
şəhərlər kəndlər də var. müharibə gedir müsəlman
ölkələrində hələ
də. inqilab eləyirlər. demokratiya quraşdırırlar.
insanlar ölür
hədərə. hər ölən insanda bir dünya ölür -
unudurlar.
dəyişir çox
şey. dəyişir şahlar tiranlar insan dəyişmir.
şəhərimiz də
abadlaşır. bayılda təzə bulvar salıblar. hər axşam gəzirik
dəniz
sahilində. mən daha çox dənizi seyr edirəm – özün bilirsən
də. Avroviziya
da bayılda keçirildi axı – yeni kristal sarayda. sən
görməmisən –
bayraq meydanında.

tup.tup.tup.tup.
– bilirsən nələr oldu nələr sən olmayanda.
yeni planet
tapıblar alimlər.
təəssüf hələ
də xərçəngdən ölür adamlar.
deyirlər
toyuqlar kimi modifikasiya olunur genetikası
meyvələrin də.
amma nə də olsa çox yaraşıqlı görünürlər.
dəyişir dedim
yadıma əlil arabasındakı qız düşdü. köhnə
qonşunuzu
deyirəm. dəyişməyən şeylər də var sən olmayanda.
məsələn əlil arabasındakı
o şikəst qızın üzündəki təbəssüm
və
illərdi arabanı
gəzdirən yaşlı ananın gözlərində kədər.
bilirsən daha
nələr oldu nələr...
tup.tup.tup.tup.tup.
– bilirsən nələr oldu nələr sən
olmayanda.
iki gənc
şairi tutublar iranda; Şəhriyarla Fəridi. qoşa
şəkillərin tez-tez
verirlər mətbuatda. son şəkildə çox sınıx
görünür
uşaqlar. iki aydan çoxdur ki həbs olunublar.
şairə "casus”
deyir, qatili qəhraman eləyir bəzən nadanlar.
adam məətəl
qalır. hər bir insanla bir dünya ölür –
unudurlar.
tup.tup.tup.tup.tup.tup.
– bilirsən nələr oldu nələr sən
olmayanda
əmi öldü –
çox sevdiyimiz əmi. yaraşıqlı mehriban. sən
hələ də xəbərsiz.
yoxsa sıxıntıların artardı bir az da.
onsuz da
yerin biro qədər geniş deyil yəqin ki
həbsxana
divarları arasında. həyat insan yaşadıqca
dəyərli olur.
əslində fərqi nə - həyat ya ölüm
həyat ölümün
dəyişmiş şəkli ölüm həyatın.
varlığın
yanında daima yoxluq. yoxluğun içində
daima varlıq.
arada məsafə ölçüyə gəlməz.
tup.tup.tup.tup.tup.tup.tup.
– bilirsən nələr oldu nələr sən
olmayanda.
mən hələ də
yaşamaqda dənizi günəşi torpağı...
insanları
seyr edə-edə
və
tup. tup. tup.
tup.tup.tup.tup... – döyülən qapıdı ürəyim
açılmır ki
açılmır.
10.07.2012