Biz imzaları yox, əsərləri dərc edirik...

Daş və Çiçək – Qardaşxanın şeiri
554
23 Noyabr 2020, 13:33
 Artkaspi.az saytı Qardaşxanın Rafiq Tağıya həsr etdiyi "Daş və Çiçək" adlı şeirini təqdim edir:
 
23 noyabr Rafiq Tağını cismən itirdiyimiz gündür
 
 

"Toz içində çiçək”din,
İndi "Daş və çiçək”sən,–
Amma hind filmi olmaz,
Səndən nə film çəksən.
Baş daşı üstə belə
qatillərinə gülən
təbəssümün çiçəklər.
Məzarın üzərində
"təbəssümlü” çiçəklər.
Soyulan soyundansan,
Doğrandın ləçək-ləçək...
Əlin diri çatmadı,
İlin çatdı yetmişə.
Nə deyərdin bu halda
Qarabağa yetmişə?!
 





































































Аа









































35
























































































Аа









































35