Biz imzaları yox, əsərləri dərc edirik...

“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi üçün əsərlərin qəbulu davam edir
62
14 Aprel 2021, 09:45
 Torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığına həsr edilmiş əsərlərdən ibarət "Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunacaq.
 
 

 AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq sərgidə iştirak etmək istəyənlər mövzu ilə bağlı əsərlərinin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərə bilərlər.
 Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.

Xəbər lenti