Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanlı musiqiçilərin iştirakı ilə “Don Karlos”
63
22 Avqust 2019, 09:52
 Oktyabrın 16-dan 20-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin "Don Karlos” operası nümayiş olunacaq.
 
 

 AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, oktyabrın 17-də və 19-da səhnə əsərində Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor), Rodriqonun partiyasını Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.
 Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
 2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin "İolanta” və "Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun "Çar gəlini”, J.Bizenin "Karmen”, M.Musorqskinin "Boris Qodunov”, C.Verdinin "Traviata”, "Don Karlos”, A.Borodinin "Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.