Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyətində "20 yanvar"a həsr olunmuş video-konfrans
258
21 Yanvar 2021, 13:57
 Azərbaycan-Ukrayna "Dostluq” Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə "20 Yanvar" ümumxalq hüzn gününün 31-ci il dönümünə həsr olunmuş video-konfrans keçirilib. Video-konfrans "Ukrayna Azərbaycanlıları Radası" İctimai Birliyinin dəstəyi, Azərbaycanın Ukraynadakı Səfirliyi və Diaspor Məsələləri üzrə Dövlət Komistəsinin iştirakı ilə baş tutub.
 
 
 
 
 Tədbiri ilk sözlə açan və aparan Azərbaycan-Ukrayna "Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Omarov oldu. O, "20 Yanvar" şəhidlərinin  əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra içtirakçılar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələrdən, sovet ordusunun qarşısına qorxmadan, çəkinmədən mərdliklə çıxan əliyalın xalqdan, onların şücayətindən danışıblar. Konfrans boyu həmin gün baş verənlərlə bağlı müxtəlif fikirlər səsləndirildi.
 
 
 
Bu hadisənin bütün dünya azərbaycanlılarının yaddaşından heç vaxt silinməyəcəyini, bunun "Azadlıq" hərəkatının bir başlanğıcı olduğunu qeyd ediblər. Bundan başqa, çıxışlarlarda Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin ünvanına minnətdarlıq və Vətən müharibəsində çalınan zəfərə görə təbriklər səsləndirildi. Sonda 20 yanvar, həmçinin də Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət diləndi.
 
 

İştirakçılar:
 
 - Azərbaycanın Ukraynadakı səfirinin 3-cü katibi - Təranə Sadıqova
 - Diaspora üzrə Dövlət Komitəsinin Belorus, Moldova və Ukrayna işləri üzrə şöbə müdiri - Tural Səfərov
 - Ukrayna Azərbaycanlılarının Diaspor Birliyi, Ukrayna Azərbaycanlıları Radasının həmsədri - Hikmət Cavadov
 - Kiyev Azərbaycanlıları Konqresi Cəmiyyətinin rəhbəri,  Ukrayna Azərbaycanlıları Radasının həmsədri - Oleq Krapivin
 - Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynov
 
 Konfransda həmçinin çıxış edənlər:
 - Rossixin Vasili Vasilyeviç, Bilık Yelena Nikolayevna, Azad Omarov, Aysel Omarova, Əbülfəz Qasımov, Qurban Abbasov, "Dostluq" cəmiyyətinin üzvləri, "Dostluq" mədəni-təhsil mərkəzinin şagirdləri.