Biz imzaları yox, əsərləri dərc edirik...

"Kaspi" nəşrləri seriyasından yeni kitab – Nəsimi rənglərin işığında
525
16 İyul 2019, 17:21
  "Kaspi nəşrləri” seriyasından növbəti kitab işıq üzü görüb. Görkəmli sənətşünas Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında” adlı kitabında Azərbaycan və xarici ölkə sənətkarlarının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır.
 
  İlk dəfə bir kitabda cəm halında toplanan bu əsərlərin timsalında hürufi şairin əqidəsi uğrunda apardığı mübarizənin ən müxtəlif səhifələri ilə tanış olmaq mümkündür.  Qeyd edək ki, "Kaspi" nəşrləri" seriyasının rəhbəri və redaktoru filologiya elmləri doktoru, şair Sona Vəliyevadır. 
 Kitab "Kaspi” qəzetinin layihəsi əsasında "Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görmüşdür. Nəşrin redaktoru Fərid Hüseyndir.