Biz imzaları yox, əsərləri dərc edirik...

“Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
613
21 Yanvar 2020, 17:07
  Yanvarın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi, müasir Azərbaycan və türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri, ictimai xadim Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi münasibətilə "Zəlimxan Yaqub – 70” adlı geniş kitab sərgisi açılıb.
 
 

  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş "Könlümün səsi”, "Yolum eldən başlanıb”, "Od aldığım ocaqlar”, "Bu yaşıl ağacın altı bizimdir”, "Ziyarətin qəbul olsun”, "Bir əlim torpaqda, bir əlim haqda”, "Əbədiyyət dastanı”, iki cildlik "Seçilmiş əsərləri”, 13 cildlik "Əsərləri” və digər kitabları, eyni zamanda, xarici dillərdə nəşr edilmiş əsərləri, redaktoru olduğu, "Ön söz” yazdığı, haqqında yazılmış kitablar nümayiş olunur.
  Sərgi bir həftə davam edəcək.