Biz imzaları yox, əsərləri dərc edirik...

Zəhra Bədəlbəyli ikinci kitabını nəşr etməyə hazırlaşır
257
23 Aprel 2018, 14:05
  Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc şairə Zəhra Bədəlbəyli şeirlər toplusundan ibarət ikinci kitabını nəşr etməyə hazırlaşır. "В твоих руках” ("Sənin əllərində”) adlanan şeirlər kitabı sosial mövzuları, sevgi və həyat barədə fəlsəfi düşüncələri əks etdirir. Kitabdakı rəsmlərin müəllifi Ləman Yusiflidir. Kitab "TEAS Press” Nəşriyyat Evi tərəfindən nəşr olunacaq.
 
 
 

 
  "TEAS Press” Nəşriyyat Evinin yerli yazıçılara və şairlərə yaratdığı imkan məni yaxşı mənada təəccübləndirdi. Bu məni yeni şeirlər yazıb-yaratmağa daha da həvəsləndirir. Kitabın ad seçimi də təsadüfi deyil, çünki hesab edirəm ki, həyatda çox şey bizim əlimizdədir və bunu heç vaxt unutmaq olmaz”.
 
  Zəhra Bədəlbəyli 10 yaşından yazmağa başlayıb. Onun ilk kitabı 2011-ci ildə çıxan "За бесконечностью явлений” adlanan şeirlər toplusudur. İlk kitabı gənc şairəyə böyük uğur gətirib.
Xəbər lenti