Tərcüməçidən
Çoxəsrlik
tarixə malik Azərbaycan-özbək ədəbi-mədəni əlaqələri müstəqillik dönəmində
özünün yeni və möhtəşəm mərhələsinə daxil olub. Son illərdə bu mərhələnin
əlamətdar səhifələrlə zənginləşməsində Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin və
"Kaspi” qəzetinin xidmətləri danılmazdır.
Bu baxımdan dahi Azərbaycan şairi Seyid
İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 650 illiyi münasibəti ilə bu
mübarək Nəsimi ilində Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi "Məndə sığar iki
cahan” adlı şeir müsabiqəsinin Özbəkistanda və Azərbaycanda doğurduğu böyük
əks-sədanı ayrıca vurğulamaq lazımdır. Müsabiqədə Özbəkistandan öz şeirləri ilə
iştirak edən müəlliflər arasında Nadirə Afaq, Tahir Qəhhar, Ümidə Öktəmay,
Gülşən Rəhim kimi tanınmış şair və ədəbiyyatşünaslarla yanaşı, yeni imzalar da
kifayət qədərdir. Müsabiqə şərtlərinə əsasən tərcümə üçün yalnız mövzusuna görə
seçilən 15-dən artıq müəllifin qələmindən
çıxan çoxsaylı nümunələr, hər şeydən öncə, çoxjanrlı (təxmis, müxəmməs,
poema və s.), çoxvəznli (hecada, sərbəstdə və əruzda) və çoxdilli (özbək, rus) olması ilə diqqəti
çəkir. Səmimi desək, onların içində bədii səviyyəsi ilə mövzunun alicənablığına
güzəştə gedən örnəklər də yox deyildir. Odur ki, daha çox keyfiyyət amilinə
diqqət yetirilib.
Nəticə
etibarı ilə bu müsabiqəni Azərbaycan-Özbəkistan dostluğunun çağdaş mərhələsinin
layiqli töhfə kimi qiymətləndirmək
yerinə düşərdi.

Nadirə Afaq
1966-cı
ildə Buxara şəhərində doğulub. Buxara Dövlət Universitetini bitirib. Şair,
tərcüməçi və ədəbiyyatşünas, filologiya elmləri doktorudur. Bir neçə şeir
kitabının və elmi monoqrafiyaların müəllifi, Özbəkistan Yazıçılar Birliyinin
üzvüdür.
Siz
Nəsimi,
İmadəddinsiz.
Dara
aparan günəş ləhcəsi.
Danmışlar,
danarlar... Bəlkə, sakitcə,
Hilala
qan sıçrar... həqiqət dərsi.
Siz
Nəsimi,
İmadəddinsiz.
Dan
kimi yanaqları məsum,
Ən
uca dağlarda küləklər əsir.
Şərqim,
ey haqq üçün çarpışan, Şərqim!
Dərisi
soyulmuş ey üryan insan.
"Əlhəmdülillah...”
deyib, sızlayıb,
Girdilər,
girərlər, girdik, Nəsimi!
Qurban
verilməkdə, verdik, Nəsimi!
Ölümlərdən
həyat qurduq, Nəsimi!..
Ah,
ağca dan çağı!
Ah,
qızıl şəfəq!
Gözümdə
qan izi kəfəndəkitək.
Kimləri
yaratdın, ey ana, Şərqim?
Kimləri
parlatdın, ey ata Şərqim?
Ürəklər
Yer kimi yarılır, axı,
Həqiqət
kaş deyil, bilmirlər onlar.
Bədənlər
torpağa qarışır, axı.
Adlardı...
adlardı əbədi ölməyən.
Adlar
lərzə salar məhşərə qədər
Adlarda
ruh var əbədi!
Biz,
axı, insanıq – hökmi-zər!
Ölüm
yox, Nəsimi, ölüm yox,
Ölüm
yox... Bağlardan gəlir bu səda.
Bir
kabus dolaşır vaxtın bağında,
Xaç
qaldırıb gedir, əzabkeş İsa.
Kəllə
sümüyü kimi görünər Hələb.
Uğultu
ilə uçar bir ağır səyyarə.
Qanla
suvarılıb hər bir çiçəyi.
Hansı
bir anında yoxdur cinayət –
İnsanlıq
tarixi uğuldamaqda,
Uğultusun
salar fırlanan külək
Enib
gələr yerə böyük şimşəklər,
Sönmədən
üfüqdə sürünər ilğım.
Havadakı
baş gəzər ilgəklər...
Qanlı
soyub canlı cismini,
Sonra
tikə-tikə doğrasalar da,
Ürəkləri
soyumur, tapa bilmir təskinlik.
Ah!
Üstəlik işlərin edərlər Allahın adıyla!
Kim
cəzaya layiq? Haqq olan kimdir?!
Bilirsiz,
diləyib təmkin, Nəsimi!
Tabuttək
zillənib zəmin Nəsimi!
Gözdə
şimşək çaxar hər gün, Nəsimi!
Kim
kimi məhv etdi? Hələ də
Dolaşar
kəfənsiz cisimlər
"Məhşərəcən,
– deyə ağlayır müdrik, –
Lərzəyə
gətirər ismlər...”
Yeganə
iztirab – məhəbbət,
Şadlıqlar
– iztirab, Nəsimi!
Alında
tər deyil, gülab, Nəsimi!
Çalsaq,
göz yaşımız – rübab, Nəsimi!
Ən
ətirli nəsim – ən yaxın kəlam
Aramızda
deyil, önümüzdədir,
Yalnız
Yar, yalnız Yar yadımızdadır!
Ən
təzə fidanlar zatımızdadır.
Böyük
İbtidaya ağlar gedirik.
İqrarla
gedirik, Nəsimi!
Son
ümid Sənədir – "Allahüs-səməd!” –
Təkrarla
gedirik, Nəsimi!
Tövbəsiz
cəlladlar yatardı bizi,
Sınıqlıq
yaratdı, Nəsimi!
Bu
dünya ilahi qürbətdir,
Ayrılıq
yaratdı, Nəsimi!
İmtahan
verməkdə bu qara torpaq...
Ah,
məzlum hisslərim,
Ah,
sonsuz səbrim!
İsitməyə
başlar ruhumu birdən
Çıxmamış
Və
mütləq çıxacaq Günəş...
Mühiddin Aməd
1957-ci
ildə Namanqan vilayətində anadan olub. Başkənd Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib. Şeirləri özbək mətbuatında işıq üzü görüb.
Nəsimi
Dərisini
soydular,
Qanını
axıdaraq.
Haqq
yolunda intizar,
Köynəyi
oldu bayraq!
Təni
başdan ayağa,
Hər
bəndindən söküldü.
Qürbət
eldə torpağa,
Qızıl
qanı töküldü.
Qırıldayıb
qarğalar,
Dağ
çəkdilər bülbülə.
Qanın
içdi darğalar,
Gözündən
gülə-gülə.
Yer
başına fırlanar,
Haqqa
tərəf axmaqda.
Alışıb
yanan qumlar
Dabanların
yaxmaqda.
Dərisin
soysalar da
Neçə
əsr əvvəllər,
Ölümünü
hələ də
Gözləməkdə
qatillər!...
Tahir Qəhhar
1959-cu ildə Namanqan
vilayətində anadan olub. Başkənd Dövlət
Universitetinin jurnalistika fakültəsini bitirib. Şair, tərcüməçi və
ədəbiyyatşünasdır. Bir sıra şeir və
tərcümə kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.
Nəsimi monoloqu
(İmadəddin Nəsimidən təxmis)
Tən
deməgil can evini, olsa şəhanə sığmazam,
Can
yeri təndə deyibən çalma təranə sığmazam,
Etmə
atəşlə yeri sən dürlü bəhanə sığmazam,
"Məndə
sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan
mənəm, kövnü məkanə sığmazam”.
"Kun!”
– dedi Allah, yaranıb yeddi göy, ötdü iki gün
Altdakı
göylə görünüb ay ilə ulduz, oldu tün,
Əhli-kaşir
bu hikməti özgə yerə yozar bütün,
"Ərşlə
fərşü kafü nun məndəbulundu cümlə çün,
Kəs
sözünü əbsəm ol, şərhi bəyana sığmazam”.
Yer
kürəsi kiçikdi, bil, onda böyük ürək mənəm,
Altı
fələkdən ucada arzu, ümid, dilək mənəm,
Yerdə
də cənnət yaradan ol ulu gec, bilək mənəm.
"Ulduz
ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Tur
ilə kunfəkan mənəm, mən bu lisana sığmazam”.
Can
uçaq canana tərəf, mən vüsalın bir eyşiyəm,
Kor
ilə kardan aralı həqiqətin hər eyşiyəm,
Dar
qabağında deyirəm: "Mən əzəli Nur eyşiyəm,
"Gərçi
bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən
uludur ayətim, ayətə, şana sığmazam”.
Nərgizə Üsenbəyova,
Uluğbəy Ziyalıyev
Nərgizə Usenbəyova 1978-ci ildə Səmərqənd
vilayətində doğulub. Özbəkistan Milli Universitetinin jurnalistika fakültəsini bitirib. "Eşq
və ah ağuşunda”, "Ağ gün sorağında” adlı
kitablar müəllifdir.
Uluğbəy Ziyalıyev 1981-ci ildə Qaşqadərya vilayətində anadan olub. Ali
təhsillidir. Ehtiyatda olan zabitdir.
Nəsimi kimdir?
Uşaqlıqdan
bizə yoldaş,
Yaxşı
şeir, gözəl əsər,
İlk
dəfə o haqda sirdaş
Kitablardan
tutduq xəbər.
Məhdumqulu
söyləyəndə
"Babandan
soydular onu...
Bizdən
salamlar!” deyəndə
Göz
yaşın yetmədi sona.
O
vaxtdan bilmək istədik,
Görəsən,
Nəsimi kimdir?
Uzaq
tarixi izlədik,
O,
sirlərin açdı bir-bir:
"Azərbaycan
və Şamaxı,
Miladi
min üç yüz yetmiş...
Doğuldu
təfəkkür şahı
Şöhrəti
dünyaya yetmiş.
Adı
Əli İmadəddin,
Mütəsəvvüf,
alim, şair
Hazırcavab,
pənahı din,
Düşmənləri
çoxalan pir.
Təriqətdə
ona ustad
Oldu
Fəzlullah Nəimi.
Ustadını
etdikcə yad,
Nurlu
ad aldı – Nəsimi!
Getdi
Nəimi yolundan,
Qənimlər
ağlın itirdi.
Qələm
düşmədi əlindən,
Nəsimi
kəlam yetirdi:
"Məndə
sığar iki cahan,
Mən
bu cahana sığmazam.
Gövhəri-laməkan
mənəm,
Kövrü-məkana
sığmazam.
Ərşlə
fər şu kafü nun
məndə
bulundu cümlə çün,
Kəs
sözunü və əbsəm ol,
şərhü-bəyanə
sığmazam.”
Səs
yayıldı "Xorasana,
Qafqaza,
Ön Asiyaya.
Düşmən
quyu qazdı ona,
Şairi
tutub ox-yaya.
Vecinə
almadan Əli,
Getdi
İran, Rum İraqa.
Təriqətin
tuğ edəli,
Yaydı
uzaqdan-uzağa.
Qənimi
çıxdı hər yanda,
Fitnə,
böhtan, töhmət ilə.
Muridləri
həyəcanda,
Sonsuz
sevgi, hörmət ilə!
Fitnəyə
bax, hamı heyran
Nəsimi
haradan bilsin?!
Çarığın
soyunan an
Onda
gizlətdilər "Yasin”.
Şairsə
bundan xəbərsiz,
Çarığın
geydi ayağa
Niyyəti
qara hər xəbis
Başladı
qaraçılığa:
"
– Sultanım, şair Nəsimi
Heç
vaxt dil qoymur damağa.
İşi
iblisinki kimi,
İmam
qoymaqdı lağa.
O,
Quran təhqir ilə
Ayaqaltı
etmiş hətta.
Yolun
azmış kafir ilə
Məstə
də yaddır bu xəta!”
Misir
sultan Məyəddin
Dinləyib
dedi son sözün:
"
– Bir iş baş vermiş, dilim lal,
Düzmü,
yalanmı, bilmirəm.
Ağlım
olubdu biganə,
Tapdanan
andan bəri ar.
Çarə
tapın adilanə,
Ta
heç kim etməsin təkrar.
Dinin
səbir kasasını
Daşıran
kimsə kafirdir.
"Quranın
bir parçasını
Öz
çarığında gəzdirir.
Belə
kəs var aramızda,
Dinin-imanın
bəlası.
Siz
elan edin, mövlana,
Nədir
o şəxsin cəzası?!
"
– Dərisin soymaq lazımdır!” –
Cavabın
verdi Nəsimi.
Dingildədib
ağır-ağır,
Sevindirdi
hər qənimi.
Göz
üzmədən dedi Suktan:
"
– İndi çıxarsın çarığı!”
Şair
geydiyi çarıqdan
Doğrudan
da, "Yasin” çıxdı.
Nə
ah-fəryad, nə də bir ün,
Danmadı
da sözlərini.
Dedi:
"Söz hər şeydən üstün,
Razıyam,
soyun dərimi!”
Hələb,
min dörd yüz on yeddi,
Adamla
doludur meydan.
Hər
kəs həyəcanda idi,
Şairi
süzərdi o an.
"Dabanından
başlayaraq,
Diri-diri
soyulmalı!..”
Hökm
belə idi ancaq
Dəyişmirdi
şair halı.
Bax,
o anda şair tutub
Riyakar
şexyə üzünü,
Özünü
tamam unudub,
Qəh-qəhlə
dedi sözünü:
"Zahidin
bir barmağın
kəssən dönər həqdən qaçar.
Gör
bu gerçək aşiqin
Sərpa
soyarlar, ağrımaz!”
Belə
məğrur, cəsur və mərd,
Od
nəfəsli idi Əli.
Belə
cəza və belə şərt
Dünya
görməmişdi hələ.
Şöhrəti
dillərdə dastan,
Parlamaqda
günəş kimi
Ölümüylə
tarix yazan
Azər
oğludur Nəsimi!
Farsa,
türkcə irsi vardır.
Dünya
söz açır varından.
Çox
könüllər ona yardır
Qardaş
özbək diyarından!
Orijinaldan (özbək və rus) tərcümə edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə
Heyətini üzvü,
filologiya
üzrə fəlsəfə doktoru