Biz imzaları yox, əsərləri dərc edirik...

Özbəkistandakı Azərbaycan təşkilatları Memorandum imzalayıblar
56
21 Sentyabr 2018, 17:06
  Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə bu ölkədə fəaliyyətə başlayan GRBS Professional Təhsil Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
 
 

  AZƏRTAC xəbər verir ki, Memorandumu AMM-nin direktoru Samir Abbasov və Təhsil Mərkəzinin rəhbəri Bəhram Qurbanov imzalayıb.
  AMM-də keçirilən imzalanma mərasimində mədəniyyət, təhsil sahəsində çalışan mütəxəssislər, jurnalistlər iştirak ediblər.
  Samir Abbasov Özbəkistanda ilk Təhsil Mərkəzi haqqında məlumat verib. S.Abbasov milli mədəniyyətimizin təbliği, təhsil və elm sahəsində olan layihələrdə əməkdaşlıq ediləcəyini və bu istiqamətdə birgə layihələrin həyata keçiriləcəyini qeyd edib.
  B. Qurbanov vurğulayıb ki, Azərbaycan tarixində ilk hadisədir ki, ölkədən kənarda ilk belə mərkəz yaradılır. O, Təhsil Mərkəzinin gələcəkdə Özbəkistanda fəaliyyəti və planları barədə məlumat verib.
 B.Qurbanov deyib ki, Daşkənd şəhərinin mərkəzində yeni binada məskunlaşıblar. O, müasir avadanlıq və texnologiyalarla təmin olunmuş mərkəzdə müasir dövrün aktual sahələrinə dair hazırlıq kurslarının fəaliyyət göstərəcəyini qeyd edib. Mərkəzin rəhbəri beynəlxalq standartlara cavab verən ingilis, fransız dilləri, mühasibatlıq, TOEFL, İELTS, habelə kompüter sahəsinə dair hazırlıq kurslarının fəaliyyət göstərəcəyini də bildirib. Mərkəzdə Azərbaycan və Özbəkistan dostluğu, əməkdaşlığı, habelə türk xalqlarının tarixi və mədəniyyətinə dair müsabiqələrin və layihələrin reallaşdırılacağını söyləyib.