Biz imzaları yox, əsərləri dərc edirik...

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımına aid tədbir keçirilib
379
26 Fevral 2020, 16:01
  Daşkənddəki 48 nömrəli orta məktəbin müəllimləri və aşağı sinif şagirdləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
  Müəllim və şagirdlər Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Xalça Muzeyi və Mərkəzin kitabxanası ilə tanış olublar. Kitabxanada şagirdlərə Qarabağ, onun tarixi, mədəniyyətinə aid kitablar haqqında geniş məlumat verilib.
 
 

  Mərkəzin əməkdaşı Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətimizin simvolları-bayraq və gerb haqqında ətraflı məlumat verib.
  Şagirdlər foyedə təşkil olunan Xocalı faciəsini əks etdirən foto və kitab sərgisi ilə tanış oldular.
  Mərkəzin əməkdaşıbu faciənin qurbanlarından, bir gecənin içində 63-ü uşaq olmaqla 613 insanın qətlə yetirilməsi,  dinc əhalinin öz yurdlarından didərgin salınması, Azərbaycan xalqina qarşı baş vermiş misli olmayanbu amansız qətliamdan danışdı.
  Bildirilib ki, həmin gün valideyinlər uşaqlarını, uşaqlar isə ata-anasını itirib, bu, böyük faciədir.