Biz imzaları yox, əsərləri dərc edirik...

“Yurdumuza bahar gəlir” respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
233
04 Mart 2021, 10:30
 "Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi "Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
 
 

 AZƏRTAC xəbər verir ki, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.