Biz imzaları yox, əsərləri dərc edirik...

Yay mütaliəsi – 2019-un tətil kitabları
437
22 İyul 2019, 10:25
  Səyahət bələdçilərinə, meşədəki gecə həyatına, dəniz canlıları arasında keçirməyi planlaşdırdığınız təhlükəli saatlara, qorxularınızın sərhəddini təyin edəcək əyləncələrə vaxt ayırmaq üçün son bir ayınız qalıb. Hardasa bütün dünya artıq gücləndirilmiş iş rejiminə keçib. Elə naşirlər, ədəbi agentlər, yazarlar da. Onlar da bu ciddi hazırlıqlarınızda sizi müşayiət edərək, tətil məkanınıza, həyat tərzinizə, maraq dairənizə uyğun təkliflər irəli sürüb, bazarı canlandırmağa çalışırlar. Sizə həm mövsümi, həm də bədii zövq verəcək kitabları bu dəfə "Guardian” redaktorları siyahılaşdırıb.
 
 

  – Ali Smits – "Bahar” ("Spring”)
  – Qay Qunaratne – "Dəlisov və təhlükəli şəhərdə” ("İn our mad and furious city”)
  – Halle Batler – "Yeni mən” ("The new me”)
  – Selli Runi – "Sadə insanlar” ("Normal people”)
  – Kendis Karti Uilyams – "Balaca Şəhzadə” ("Quennie”)
  – Sadi Cons – "İlan oyunu” ("The snakes”)
  – Oyinkan Bretveyt – "Qatil, bacım” ("My sister, the serial killer”)
  – Co Baker – "Bədənin yalanları” ("The body lies”)
  – Tom Reyman – "İtaliyan müəllim” ("The italian teacher”)
  – Anna Börns – "Südsatan” ("Milkman”)
  Siyahının tam versiyası ilə "100 best holiday books for 2019 summer” sərlövhəsi ilə axtarış edərək, tanış ola bilərsiniz.
   Elcan Salmanqızı