Artkaspi.az
saytı çağdaş türk şeirinin ən tanınmış imzası Qönçə Özmənin şeirlərini təqdim
edir:
Qönçə Özmən 1982-ci ildə anadan olub.
İstanbul Universitetinin İngilis Dili və Ədəbiyyatı fakültəsində bakalavr və
magistraturanı bitirib. İlk şeiri 1997-ci ildə "Varlıq” jurnalında, daha sonra
yazıları "Yasaq meyvə”, "Akatalpa”, "E”, "Uç” və s. dərgilərdə çap olunub.
Şeirləri ingilis, alman,
fransız, ispan, rumın və fars dillərinə tərcümə edilib. Macarıstan, Almaniya,
Fransa və Sloveniyada keçirilən beynəlxalq şeir festivallarına qatılıb. 3 şeir
kitabı işıq üzü görüb.

Ləkə
I
Vadi
sirini açdı mənə,
səni
ucsuz-bucaqsız çöllərdə tapdım.
O
vaxt ki,
yarpaqlar
qopub düşür, əncirlər susurdu.
Qurumuşdu
bir tərəfim,
bax,
səni düz ora qoydum.
O
gözəl suları,
o
gözəl qoxuları apar özünlə,
daha
uzaqdakı yaxınlaşdı,
yəqin,
hansısa qadın bir çayı canına çəkdi.
Sən
toxunuşun o biri başında dayan,
mən
zənn elədiyin xəyalı qucaqla.
Bizdən
əsən küləklər
yarpaqları
bir yerə yığırlar onsuz da.
II
Elə
bilirdim səninlə hər şey susacaq,
zaman
pərdələrə açır sirini,
bədənimdən
elə hey bir çığır uzanır.
Mən
bitməz sözlər idim,
ya
intizarda olan ağac,
Elə
bilirdim birgə olsaq göylər alçalar,
Bir
sincab atılıb-düşər qollarında,
elə
bilirdim o
məni
də özüylə bir ləkəyə aparar.
Sən o
yorulmaz sular,
diri
səslər idin.
mən
isə daim sənə dolardım.
III
Sən
istədin ki, hər şey ötüb keçsin,
qəlbimdə
çiçək açsın, dəniz geri çəkilsin.
Mənim
də çəyirdəkli bir yuxum olsun,
çaylar
axsın içimdən, kal əncirlər dəysin...
Çünki
səhərin narahat dodaqları var,
gizlinləri
var. Ah, qaranlıqlar...
Zaman
dayanıbsa biz də susaq ki,
qoy
gözlərindən düşən işıqlar kəsilməsin.
Sözə
çevrilib çıxsın bədənin narahatlığı,
üzün
qocalmasın köhnə şəkillərdə.
Sən
istədin ki, hər şey ötüb keçsin,
qarışqa
"sus” dedi ki, zaman davam eləsin...
Daşlıq
Bir
az əvvəl
sərinliyim
yayıldı daşlara.
Evlərin
içi boyda idim,
toz
idim bir masada.
Niyəsə
xeyir idim bu dünyaya.
Payız
idi,
kölgəsiz
bir su idim.
Pəncərələri
açsam üşüyərdinizmi,
ya
bir az da aralasam sözləri?
Bu
yerlərə tərin hopub,
bilirəm
ləkəsi qalacaq.
Bilirəm,
göz yaşlarının da ləkəsi getmir.
Sən
bir söz idin,
barmağımdan
düşdün yerə.
Mənsə
o kağızdakı
qayçı
iziyəm hələ də.
Bəlkə səssizcə
Gecəyə
hazırlayıram meşəni,
yavaş-yavaş
soyunur yaşıllığını.
Bir
quşun bir buluda hopub xəyalı.
Külək
yenə də qayalardan danışır,
gəzib-gəldiyi
yerlərdən söz açır.
Bu
dəfə, bəlkə, sözlər də axar,
yağışla
birgə süzülər bədənin arzusu.
Bəlkə,
vaxtı səhv salar azanlar və ölümlər,
necəsə
çiçəkləyər uşağın kəsilmiş qolu.
Ey
dünya, durmadan balacalaşdın qəlbimizdə,
dayanmadan
artdı söz bıçağı gölün dibində,
elə
hey səsini itirir hər şey.
Daş dilə gəlsə
Daş
dilsiz şahiddir təbiətin,
səbirli
gözətçisidir
ancaq
daş insanın yorğun nağılını dinləyər
tarixin
dərindən nəfəs almasıdır daş.
Üzündə
heç bir maska yoxdur,
daşın
səsi sərxoş edər məbədi
daşda
gizlənib Tanrıların bədəni.
Daş
çiçəklərə baxaraq deyər:
"gözəllik
gəldi-gedərdi”.
Hələ
də daş cəzasını çəkir sükutun
ölüsünü
də gözləyər adamın –
daş
insana sadiqdi.
Daş
nə düşündüyünü bilmədən düşünür,
Allah
insandan daş kimi susmasını istədi.
Daş
gözləmək rəngindədi...
Günlər süpürür ağıları
Bir
bomba kimi düşür sözlər:
düşünülmüş
və təhlükəli...
Külək
əssə tökülər yarpaqlarım.
Hər
şeir yeni bir sancıdır.
Bir
balerina çiçək qədər
yumşaq
ayaqları ilə
toxunub
keçir ürəyimə.
Gözlərin
su tökür alovuma.
Günlər
süpürür ağıları,
Qara
bir əsgər çəkməsinin altında
Tapdanıb
nərgiz gülü qırığı.
Yaxşı
ki, ayaqlarımızı göy üzünə basmırıq.

Divara
Divar
öz keçmişiyə yaşayanlar kimi fikirlidi,
xatirələri
ilə başını qatan özündənrazı qocadı,
divar
özünə qapanıb, lal-dinməzdi.
Dayanıb
uğultusuna qula kəsildim divarın,
Çölün
yuxusu kimidir divarın duruşu.
Divar
darıxmır boşluqla qol-boyun olmaqdan,
Divar
lütlərin daldanacağıdı, gizlinin üzüdü,
divar
bilməz köçərilik nədir, qısqancdı.
Çin
uzun bir divarın tarixidir,
insan
öz dərdini divarla bölüşər
halbuki
divarı yoxdur uşaqların.
Göl bizə acıqlıdı
Axmağı
unutmuş sudur göl,
suyun
yaddaşsızlığıdı,
Göl
durğunluğun böhranını yaşayır,
göl
bir az da darıxmağın tarixidi.
Göl
diqqətçəkən bir ayaq qeydidir suların tarixində
gölün
ən xoşladığı nağıl "Yatmış gözəl”di,
o,
suyunda ürpənən xəyallar mayalandırır,
Afroditanın
üzü ilə gülümsəyir,
Deməli
olduğu sözünü deyib sanki,
torpaq
çəlləyində fikrə gedib,
inanıb
ki, dünya dümdüzdü,
Elə
hey baxır:
bilmirsən
baxır, yoxsa yox,
bilmirsən
görür, yoxsa yox,
göyün
yerə düşmüş bir parçasıdı göl.
Türkiyə
türcəsindən uyğunlaşdıran: Fərid Hüseyn