Biz imzaları yox, əsərləri dərc edirik...

“YARAT”da yeni tamaşanın premyerası olacaq
537
23 Yanvar 2020, 15:44
  Yanvarın 28-də "YARAT” Müasir İncəsənət Mərkəzində ingilis dramaturqu Vilyam Şekspirin "Romeo və Cülyetta”, "Otello” və "Hamlet” əsərləri əsasında hazırlanmış tamaşanın premyerası olacaq.
  "YARAT”dan AZƏRTAC-a bildirilib ki, tamaşada "Moms & Kids” təşkilatı nəzdində fəaliyyət göstərən Rus Dram Teatrının aparıcı aktrisası İnna İmranovanın rəhbərlik etdiyi Uşaq Teatr Studiyasının şagirdləri çıxış edəcək. Səhnə əsəri rus dilində nümayiş olunacaq.
 
 

  Rəhbəri Fidan Xanlarova və Şirin Rzayeva olan "Moms & Kids təşkilatının Uşaq Teatr Studiyası artıq 5 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində studiya "Notre-Dame de Paris”, "Üç muşketyor”, "Pinokkio”, "Əlibaba və 40 quldur” tamaşaları, həmçinin "Qaynana”, "İvan Vasilyeviç peşəsini dəyişdirir” məşhur film əsasında hazırlanmış quruluşları Bakının aparıcı teatr səhnələrində təqdim edib.