Biz imzaları yox, əsərləri dərc edirik...

“YARAT”da “Səmavi” tamaşası nümayiş olunacaq
232
20 Sentyabr 2018, 17:15
  Sentyabrın 27-də "YARAT” Müasir İncəsənət Mərkəzində rejissor və xoreoqraf Raulə Rzayevanın və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsi olan "Səmavi" tamaşası təqdim ediləcək.
 
 

  AZƏRTAC xəbər verir ki, tamaşa "YARAT” Freestyle proqramı çərçivəsində nümayiş olunacaq.
Tamaşa müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun "Səmavi və ya onun həyatından dörd saat” adlı pyesi əsasında səhnələşdirilib.
  Yaşından, həyat təcrübəsindən və şəraitindən asılı olaraq hər kəs "Səmavi" tamaşasında özünə lazım olanı tapacaq.