Biz imzaları yox, əsərləri dərc edirik...

“YARAT Freestyle” layihəsi çərçivəsində növbəti konsert
42
15 Aprel 2019, 16:40
  Aprelin 19-da "YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində konsert proqramı təqdim olunacaq.
 
  AZƏRTAC xəbər verir ki, "YARAT Freestyle” layihəsi çərçivəsində reallaşacaq "Musiqinin sehri” adlı konsertdə hər kəsin qatıla bilər. Konsertdə bəstəkar, beynəlxalq müsabiqələr laureatı Lalə Cəfərovanın əsərləri müxtəlif musiqi alətlərində (saksofon, tar, fleyta, tar, fortepiano, truba, zərb alətləri) səslənəcək. Qonaqlar əvvəlcə Azərbaycan Rəngkarlığı Muzeyində yeni açılmış Azərbaycanın görkəmli rəssamlarından biri olan Əşrəf Muradın "Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə də tanış ola biləcəklər.