Biz imzaları yox, əsərləri dərc edirik...

Şeirin sirrinə işarə – Ali Ural
597
02 Fevral 2018, 15:20
 artkaspi.az A.Ali Uralın "Bağban bihudə zəhmət çəkməsin" adlı yazısını təqdim edir: 
 


 Bəlkə, baxışları bir "gözəl”ə tuş gələr deyə minlərlə bağban torpağın "qapısını döyür”. O lətif surətin yolunda mövsümlər qədər tər tökür. Bağçalarını qorumaq üçün divarlar hörürlər. Divarlar. Zümrüddən, yaqutdan, əqiqdən, sapfirdən divarlar...  O divarlar ki, hər daşını yonmaq üçün bir əsr lazımdır. Şərab, nəğmə, ay lazımdır. Hissələr tam olanda qapı açılacaq, "gözəl”in nəfəsi yer üzünə dolacaq. Nə gözəl! Aylardan bir ay, günlərdən bir gün, güllərdən bir gül. Fəqət bağbanlara qapının açılmasını gözləyəndə birdən yer lərzəyə gəlməyə başlayacaq. Yoxsa qapımı açılacaq? Yox, yox, qapı açılmayacaq, divarlar yerlə-yeksan olacaq. 

 

 Füzuli "Zira ki elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur”. (Elmsiz şeir təməlsiz divar kimidir, təməlsiz divar da uçulur) deyə boşuna söyləmir. Çünki gənclik şeirlərinə – yıxılan divarlarına görə təcrübəlidir. Şöhrət gətirən o üst-üstə yığılmış parlaq daşlar "əsas”ı axtarmaq, Leyli ilə Məcnunu qovuşdurmaq üçün yerlə-yeksan olur. Hətta şeirin katibi belə cahilsə, "nadir”i "nar” , "göz” ü "kor” eylər. Bir də şeirə nifrət oyandıran, özlərindən xəbərsiz vaizlər var. Məhz buna görə Füzuli ruhla bədəni birləşdirir. elmlər nakli,) birləşdirir. Elmin qayə və nəticəsini şərh edib "Şeir də elmdir” deyir. Həm də sürur yox, qəm istəyən elm. Çünki  kədər "Şairliyin sərmayəsidir”, çünki "yaralı olmayanın şeirində dad olmaz”, çünki "yarışı qazanan dərddir”. 
 Yeni ruhla yazmaq eşqinə qurşanaraq, başı ovuclarında düşünərək şeirə başlayır. Fəqət ondan öncəki şairlər "hər gözəl ibarəni, incə məzmunu elə gözəl istifadə etmişlər ki, geriyə heç nə qalmamışdır”. Buna görə də Füzuli  "elə zamanlar olmuşdur ki, gecəni sübhə qədər oyaqlıq zəhərini dadmışdır”. Fəqət bu dəfə də üzünə "belə məzmun anlaşıqlı deyil” söylənmişdir. O zamanlar "Necə qəribə halətdir. "Söylənmiş söz əvvəlcədən söylənmişdir deyə, söylənməmiş söz də əvvəlcədən söylənməmişdir deyə yazılmır” deyib. Yaxşı, Qanuninin söz verdiyi 9 axça gümüş pulu vermədikləri üçün Nişançı paşaya "Salam verdim, rüşvət deyildir deyə almadılar” başlıqlı məktubla şikayət etmişdir. Bəs bu vəziyyəti kimə şikayət etsin? Deyək ki, kimsənin hörmət etmədiyi "Füzuli” təxəllüsünü götürərək adını xilas etmişdir, fəqət şeirini başqa şairlərin şeirlərinə qarışmaqdan necə xilas edəcək?!
 

 
 Allaha yalvararaq deyir: 
 
 "Ey feyzi-rəsani-ərəbü türkü əcəm, 
 Etdin füsəhayi-əcəmi İsadəm,
 Bən türkzəbandan iltifat eylemə kəm”.  
 
 Şair "bənzərliyin” də, "fərqliliyin” də küfr oxunduğu yerdə həm bənzəyən, həm də bənzəməyən şeirin "vüsal”ına bu duayla çatmışdır: 
 Ey Füzuli, məskənim çün Kərbəladır, şeirimin
 Hörməti hər yerdə vardır, xalq onun müştağıdır.
 Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir,
 Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır
 
 deyərək həm doğulduğu torpağa, həm Əhli-beytin məqamına, həm də şeirin sirrinə işarə etmişdir. Həqiqətən, elədir. Kərbala torpağı əsilliyi ilə başqa torpaqlara həm bənzər, həm bənzəməz. 
Bəs "Leyli” başqa gözəllərə bənzəyərmi? Bu sualı cavablandırmaq üçün "Məcnun” olmaq, eşqlə yoğurulmaq gərək. "Cananmı” dediniz? "Cananı” sevmək üçün candan keçmək gərəkdir. 
 
 
 Canı kim cananı üçün sevsə, cananın sevər,
 Canı üçün kim ki, cananın sevər, canın sevər
 
 
 deyir can "bazarındakı” Füzuli.
 
 
 Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
 Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
 
 
 deyərək dua edir. Və Rəbbi ürəyinə həbibinin eşqini saldıqdan sonra Füzuli bulaq kimi çağlayır: 
 
 "Saçma, ey göz, əşkdən könlümdəki odlarə su
 Kim, bu dəklü tutuşan odlara qılmaz çarə su. 
 
 
 Ah! Az su atəşi söndürmək əvəzinə daha da alovlandırır və bu "alov Füzulinin göz yaşları ilə böyüyür”.
 
 "Oxşada bilməz qübarini mühərrir xəttinə, 
 Xamə tək baxmaqdan ensə gözlərinə qarə su”.
 
 (Xəttatın bəyaz kağıza baxmaqdan gözlərinə qara su gəlsə də, kor olsa da, üzünün xəttinə bənzər xətt yarada bilməz). Füzuli danışmaqda aciz Füzuli. 
 
 
 Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,
 Bir gül açılmaz üzün tək, versə min gülzarə su. 
 
 
 (Bağban gülzarı suya verib zəhmət çəkməsin, çünki min gülzara su versə də, sən tək gül açılmaz) deyə hıçqırır kainatın Əfəndisinə.
 
 Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva